DƏVƏDƏLLƏYİNİN ÖLÜM SAÇAN MƏHƏBBƏTİ

Azərbaycan təbiətində yayılmış zəli növləri haqqında


A- A A+

Zəlilər Həlqəvi qurdlar tipinin nümayəndələridir. Azqıllı qurdlar (Oligochaeta) sinfinin kəskin dəyişilmiş nəslidir.

Əsasən dəniz, şirinsu hövzələrində - bataqlıqlarda, çaylarda, göllərdə, nadir hallarda isə quru mühitində yaşayırlar. Parazit və sərbəst (yırtıcı) növləri vardır. Dünyada 500 növü müşahidə edilmişdir.

Piscicola geometra Linnaeus, 1761əsasən bağ hövzələrində, kifayət qədər oksigenli sularda  rast gəlinir. Balığın digər parazitlərindən fərqlənir. Qidalanması üçün onun balığa toxunması kifayətdir. Qidalandıqdan sonra o sahibini tərk edərək həzm edənə kimi otların və daşların arasında gizlənir.Yaz və yaz aylarında onlar barama qoyur. İkinci il baramadan yetkin zəlilər çıxır. Balıq zəlilərinin ölçüləri 25 mm-ə kimi çata bilir, onları asanlıqla görmək olar.Rəngləri bozumtul-yaşıl olur.Onlar sürətli üzücüdürlər. Azərbaycanda Astara, Aşağı Kür şirin su hövzələrində, Mingəçevir və Varvara su anbarlarında rast gəlinir.

   

 

Haementeria costataFr Muller, 1846bu növ bədənin sonunda ensizləşmə və bel hissədən qara xəttin keçməsi ilə asanlıqla seçilir. 7 cərgədə yerləşmiş sormaclardan başqa,digər kiçik sormaclarda vardır. Arxa sormaclar kiçikdir. Yaşıl və qonur rəngdə olur. Əsasən 20-40 mm uzunluğunda olur, daha böyük nümayəndələrə də rast gəlmək olar. Çay, göl və durğun sularda yaşayırlar. Bəzən tısbağa sudan kənara çıxdıqda nazik dərili zəlinin ölümünə səbəb olur. Azərbaycanın cənubunda rast gəlinir.    

 

 

Protoclepsis tessulata O.F.Müller, 1774su quşlarında parazitlik edir. Bel hissədə 6 sırada kiçik sormaclar olur.Ön sormacları daha yaxşı inkişaf edib.  Müxtəlif rənglərdə olurlar. Kopulyasiya aprel, may, iyun və iyulun axırlarında olur. Yumurtaların inkişafı 10 gün olur. Yarım aydan sonra cavan zəlilər qanı sormağa tam hazır olur. Ömür boyu P.tessulata cəmi 3 dəfə qan sora bilir.Yumurtalarını qoyduqdan sonra bir neçə ay yaşayır. Müxtəlif ev quşlarının və Anseriformes dəstəsindən olan vəhşi quşların qanını sorur. Quşların ölümünə də səbəb ola bilirlər. Quşçuluq təsərrüfatına ciddi ziyan vurur.

 

 

Hemiclepsis marginata O.F.Müller, 1744bədən uzunluğu 10-15mm-ə kimidir, eni 2-3 mm-dir. Sakit vəziyyətdə ölçüləri kiçildiyindən balıq zəlisinə bənzəyir. Sormacları 4 cərgə yerləşir. 2 cür piqmentasiya olur: yaşıl və qəhvəyi

Ön sormacda piqmentlərin yerdəyişməsi olur. Arxa sormacın ölçüləri böyükdür.  May-avqust aylarında çoxalma baş verir. Durğun sularda yaşayırlar.  Amfibilərin və balıqların qanını sorur. Azərbaycanda Aşağı Kür və Qızılağac qoruğunun su hövzələrində rast gəlinir.

 

Hirudo medicialis orientalis Utevsky&Trontelj, 2005uzunluğu 108 mm, eni 10 mm, önsormacı 4 mm, arxasormacı 5,5 mm-dir. 5 cütgözləri var. Parazit-hematofaqdır. Balıq, su quşları və digər istiqanlı heyvanlarda parazitlik edir. Bu növün qidalanmasında əsas xüsusiyyət bir dəfəyə çoxlu miqdarda qan sorur. 1,5-2q ölçüsündə olan zəli bir dəfəyə 15 ml qan sorur. Bu zaman onun çəkisi 7-9 dəfə artır.Təbiətdə ac zəlilər substrata və bitkilərə yapışaraq öz sahibini gözləyirlər. Sahibinin yaxınlaşdığını hiss edən zəli sürətlə üzə bilir. Arxa sormacı ilə tapdığı obyektə yapışır, ön sormacı ilə isə hərəkət edir.6 ay ac qalanzəli 40 dəq- 1.5 saat ərzində qan sorabilir.Azərbaycanda  7 ərazidə rast gəlinib. Hirudoterapiyada istifadə olunur.

 

Limnatis nilotica Savigny, 1822–ölçülərinə görə digər zəlilərdən böyükdür.Uzunluğu 80-100-120 mm olur. Eni isə 10-15-20 mm-dir. At zəlisi qanı daxildən sormaq qabiliyyətinə malikdir. Çoxalması yayda gedir.  Onurğa sütununun qanı ilə qidalanırlar. Endoparazitdir. Əgər su vasitəsilə daxilə düşərsə uzun müddət yaşayabilər. Çənə sistemi zəif inkişaf etdiyindən sidik sistemindəki və tənəffüs yollarındakı orqanlarda qanla qidalanır. Bu zaman ölçüləri artır və hətta tənəffüs yollarını tutabilir. O həmçinin qanla qidalanmaq mümkün olmadıqda həşərat sürfələri ilə də qidalana bilir. Naxçıvan və Quba ərazilərində rast gəlinir.

 

 

 

 

Haemopis sanguisuga Linnaeus, 1758təzə sularda, xəndəklərdə, hətta buzlaqlarda belə rast gəlinir. Bədən forması silindrikdir. Digər zəlilərdən fərqli olaraq kiçik sormacları yoxdur. Rəngi əsasən yaşıl, bəzən isə qara olur.Sormacının uzunluğu bədəninin 2/3 hissəsini təşkil edir. Bu növlər digərlərindən fərqləndiyindən toplamaq asandır.Kiçik Qafqaz və Astarada yerləşən su hövzələrində rast gəlinir.

 

Piscicola caspica Sal,1915–Xəzər dənizinin şimal sahillərində məskunlaşan növlərə aiddir. Görünüşünə görə digər balıq zəlilərindən seçilir. Orta uzunluğu 8 mm, eni isə 1 mm-dir. Müxtəlif nərə və sümüklü balıqlarda parazitlik edirlər.

 

Caspiobadella luberculata Eps, 1966uzunluğu 4,4 mm, eni isə 1 mm-dir. Ön sormacın ölçüləri kiçikdir. Hər kəmər 5 həlqədən ibatətdir. Gözləri yoxdur. Depiqmentasiya gedib. Digər balıq zəlilərindən arxa sormacına və bədəndə olan sormaclara görə fərqlənir.Xəzər dənizində müşahidə edilib.

 

Archaebdella esmonti Grimm., 1876−çox həssasdırlar. Yüksək oksigenli sularda, qrunt və gilli ərazilərdə  məskunlaşırlar. Yırtıcıdırlar. Kiçik polixetlərlə qidalanırlar.Qarın hissədə rudiment sormac var. Bədən uzunluğu 16-22mm, eni isə 2,5-3mm-dir.

 

Limnotrachelobdella turkestanica Stschegolew, 1912−Lənkəran su hövzələrində yaşayır. Bədən uzunluğu 20 mm, eni isə 7mm-dir. Ən kiçik nümayəndəsi isə uzunluğu 14 mm, eni isə 6 mm-dir. Ön sormac bədənin eninin 1/3 hissəsini təşkil edir. Qanla və bədən seliyi ilə qidalanırlar.Gözləri 1 cütdür.

Beləliklə, biz Azərbaycan təbiətində rast gəlinən zəli növləri və onların fərqli xüsusiyyətləri haqqında qısaca məlumat aldıq.

 

Müəllif:Tətbiqi Zoologiya Mərkəzinin baş laborantı-Dadaşova L.B.

: 424


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.zoologiya.az saytına istinad zəruridir.