DƏVƏDƏLLƏYİNİN ÖLÜM SAÇAN MƏHƏBBƏTİ

QÜTB AYILARI HAQQINDA MARAQLI FAKTLAR


A- A A+

Qütb ayıları qar fırtınalarının 120-140 km sürətə çatdığı, ilboyu qarla və buzlarla örtülmüş bir yerdə çətin şəraitdə yaşayırlar. Onlar 800 kq ağırlığında olub, boyları 2,5 metrə çatır. Buzlarla örtülmüş yerdə yaşadıqları üçün onları soyuqdan qoruyan ağ və qalın kürkləri var 5 sm qalınlığındakı kürkün ağ görünən tükləri, əslində, şəffafdır. Temperatur itkisinin qarşısını alan fiberoptik xüsusiyyətlərə malik olan bu tüklərin içi boş və şəffaf şar kimidir. Bu şarlar günəş şüalarının istiliyini altdakı qara rəngli tükə qədər birbaşa ayının dərisinə ötürür və ayının qızınmasını asanlaşdırır. Bundan başqa, qütb ayılarının dərisinin altındakı 10 sm-lik yağ təbəqəsi istiliyin qorunmasını təmin edir. Bu minvalla, ayının kürkü və dərisi onu soyuq xarici mühitdən qoruyur. Həmçinin, bu kürk üzmək üçün də əlverişlidir. Suyun içində tüklər bir-birinə yapışır və qütb ayısı su keçirməyən yumşaq dalış paltarı geyinmiş olur. Beləliklə, ayılar buzlu sularda saatda 10-11 km/sürətlə 2000 km uzağa üzə bilirlər. Qütb ayısının dərisində və tüklərində yaratdığı incəliklər sayəsində onlar 37 dərəcəlik bədən temperaturunu suyun içində də uzun müddət qoruya bilirlər. Hətta bu canlıların bədəninin həddindən artıq isindiyi zamanlar belə olur. Bu səbəbdən, çox vaxt qütb ayıları yüksələn bədən temperaturlarını azaltmaq üçün bədənlərini buza sürtürlər. Bu ayıların gözlərində göz qapağı filtri var. Bu filtr sayəsində qütb ayıları bir cüt “günəş eynəyi” nə sahib olur və gözlərindəki bu quruluş onları qar korluğundan  qoruyur. Qütb ayıları enerji sərfini azaltmaq üçün qış yuxusundan da istifadə edirlər. Xüsusilə ana olmağa hazırlaşan qütb ayısı qış yuxusuna getdiyi dövrdə enerji sərf etməmək və balalarını daha yaxşı bəsləmək üçün maddələr mübadiləsinin sürətini azaldır. 7 ay maddələr mübadiləsindəki yağı zülala çevirərək balaların bəslənməsini təmin edir. 7 ay ərzində özü heç nə yemir. Ürək döyüntüsünü dəqiqədə 70-dən 8-ə qədər endirə bilir. Bu dövrdə yemək yemədiyi üçün təbii ehtiyacları da olmur. Beləliklə, ana ayı balaların doğulacağı dövrdə çox enerji sərf etmir Arktikanın soyuq iqlimində yaşayan dişi qütb ayıları hamilədirlərsə və ya balaları varsa, özlərinə qarın altında yuva düzəldirlər. Başqa vaxtlarda onlar yuvada yaşamırlar. Bu evlərin, əsasən, birdən çox otağı olur və qütb ayıları bu otaqları professional şəkildə hazırlayırlar. Otaqlardakı isti havanın girişdən çölə çıxmasının qarşısı alınır.

: 345


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.zoologiya.az saytına istinad zəruridir.