2429.01 «PARAZITOLOGIYA» IXTISASININ PASPORTU


A- A A+

I.İxtisasın formulu:

2429.01 - «Parazitologiya»ixtisası üzrə elmi dərəcə almaq üçün dissertasiya şurasında müdafiə, parazitoloji tədqiqatların metodikalarına, nəticələrinə və tətbiqinə dair tamamlanmış işlər qəbul olunur.

II. Tədqiqat sahəsi:

1.      Parazit ibtidailər,helmintlər,gənələr və s.

2.      Parazitlərin faunası,təsnifatı,taksonomiyası,ekologiyası və zoocoğrafiyası.

3.      Parazit qruplarda mikro-makrotəkamül.

4.      Parazitlərin morfologiyası, onların orqan və toxumalarının quruluşu.

5.      Təkhüceyrəli parazitlərin hüceyrə qurluşu.

6.     Parazit-sahib» sistemində qarçılıqlı münasibətlərin xüsusiyyətləri və mexanizmi (biokimyəvi, sitoloji, immunoloji və s.).

7.      Parazit-sahib sisteminin birgə təkamülü.

8.      Parazitlərin inkişaf dövriyyəsi.

9.      Hiperparazitizm, onun təbiətdə rolu.

10.  Təbii ekosistemlərdə və təsərrüfatlarda parazit faunasının formalaşması.

11.   Parazit faunasının mənşəyi,parazitlərin coğrafi yayılmasının xüsusiyyətləri.

12.  Parazitlərdə spesifiklik.

13.  Parazitlərin öz sahiblərinə patoloji təsiri.

14.  Parazitlərin xalq təsərrüfatına vurduğu iqtsadi zərər və onlara qarşı mübarizənin elmi əsasları.

15.  Parazitlərdən zərərli heyvan və bitkilərə qarşı bioloji mübarizədə istifadə.

16.   Parazitosenoz. Parazitlərin biosenozda rolu.

17.   Parazitlərin populyasiyalarının strukturu, say dinamikası və onların modelləşdirilməsi.

18.  Heyvan və bitkilərin parazitlərlə yoluxmasının mövsüm və illər üzrə dəyişməsi.

19.   “Parazit-sahib” sisteminin riyazi modellərinin hazırlanması.

20.  Parazitoloji tədqiqat üsullarını işlənib hazırlanması və təkmilləşdirilməsi.

: 748


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.zoologiya.az saytına istinad zəruridir.