Əsas elmi istiqamətlər


A- A A+

Zoologiya institutunun elmi tədqiqatlarının əsas istiqamətləri:

 

1.       Azərbaycanın heyvanlar aləminin tədqiqi;

2.       Heyvanlar  aləminin müxtəlif  qruplarının müasir vəziyyətinin araşdırılması;

3.       Müxtəlif  biosenozlarda heyvanların rolunun müəyyənləşdirilməsi;

4.       Parazitar və təbii ocaqlı xəstəliklərin ləğv edilməsinin bioloji əsasalarının hazırlanması;

5.       Parazitar xəstəliklərin törədicilərinin biomüxtəlifliyinin, növ daxili dəyişkənliklərinin və ekoloji xüsusiyyətlərinin öyrənilməsi;

6.       Parazitar xəstəliklərin törədicilərinin parazit-sahib sistemində qarşılıqlı əlaqələrinin öyrənilməsi;

7.       Həşəratların say dinamikasının və yayılma qanunauyğunluqlarının araşdırılması;

8.       Kənd təsərrüfatı bitkilərinin bioloji mühafizəsinin elmi və praktiki əsaslarının hazırlanması, zərərvericilərin sayının bioloji üsullarla tənzimi;

9.       Azərbaycanın su hövzələrinin hidrofaunasının tədqiqi;

10.  Su və torpaq biotoplarında yaşayan onurğasız heyvanların biomüxtəlifliyinin və  ekoloji xüsusiyyətlərinin öyrənilməsi;

11.  Xəzər dənizi və Kür çayı hövzələrinin bioloji məhsuldarlığının tənzim edilməsinin elmi əsaslarının hazırlanması;

12.  Onurğalı  heyvanların biologiyası və ekologiyasını müəyyənləşdirməklə onların faydalılarından istifadə edilməsi, zərərli formalara qarşı mübarizənin elmi əsaslarının hazırlanması;

13.  Nəsli kəsilməkdə olan və nadir balıq növlərinin akvakultura şəraitində artırılması;

14.  Azərbaycanın heyvanlar aləminin öyrənilməsində kosmik tədqiqat, informasiya texnologiyaları və molekulyar bioloji tədqiqat üsullarının tətbiqi.

: 1198


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.zoologiya.az saytına istinad zəruridir.