Beynəlxalq Əlaqələr və Nəşr Şöbəsi


A- A A+

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 05 iyul 2017-ci ilin 9/7 №-li Qərarı ilə AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin vəsatətini nəzərə alaraq, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti AMEA Zoologiya İnstitutunda Beynəlxalq əlaqələr şöbəsinin yaradılmasını qəbul etmiş, yeni yaradılan Beynəlxalq əlaqələr şöbəsinin Əsasnaməsi və ştat cədvəli təsdiq edilmişdir.
AMEA-nın Zoologiya İnstitutunda yaradılan Beynəlxalq əlaqələr şöbəsinin əsas funksiyası müvafiq xarici elmi mərkəzlərlə beynəlxalq əlaqələr yaratmaqdır.
Şöbə fəaliyyətini AMEA-nın Rəyasət Heyətinin Beynəlxalq əlaqələr idarəsi ilə əlaqələndirir, əməkdaşlıq edir.
Şöbə institutun beynəlxalq əlaqələr sahəsində işlərinin təşkilini, tənzimlənməsini və təkmilləşdirilməsini təmin edir.
Şöbə institutun beynəlxalq layihələrdə iştirakını təmin edir, xarici alim və mütəxəssislərlə görüşlərini təşkil edir, beynəlxalq qurumlarda institutun fəaliyyətinin təbliğini aparır.
Şöbə birgə seminar, konfrans və treninqlərin keçirilməsini, institutun əməkdaşlarının xarici elmi qurumlarla təcrübə mübadiləsinin təşkil olunmasını təmin edir.
Şöbə institutla xarici ali təhsil müəssisələri, elmi-tədqiqat institutları ilə əməkdaşlıq müqavilələrinin bağlanmasını və sonrakı əməkdaşlığı təmin edir.
Şöbə institut əməkdaşlarının xarici elmi qurumlara ezamiyyətlərini təşkil edir. AMEA-nın Zoologiya İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin ştat cədvəli aşağıdakı kimidir:
1. Şöbə müdiri – 1 ştat vahidi
2. Baş mütəxəssis – 1 ştat vahidi
3. Tərcüməçi – 1 ştat vahidi.
Beynəlxalq əlaqələr şöbəsinin müdiri (müdiri vəzifəsini icra edən K.Y.Tağıyeva) şöbənin fəaliyyəti ilə əlaqədar olaraq ildə bir dəfə institutun Elmi şurasına hesabat verir.



 

: 104


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.zoologiya.az saytına istinad zəruridir.