2017.07.31
Parazitologiya laboratoriyasının əməkdaşları Xaçmaz rayonu ərazisində ekspedisiyada olublar
AMEA Zoologiya İnstitutunun “Parazitologiya” laboratoriyasının əməkdaşları b.e.d., baş elmi işçi Əli Nəsirov, b.ü.f.d., böyük elmi işçi Könül Bünyatova və b.ü.f.d., böyük elmi işçi, dosent Şükür Quliyev Xaçmaz rayonu ərazisində ekspedisiyada olublar. “Abşeron və Xəzərin Şimal-Şərq sahillərində qansoran ağcaqanadların mikrosporidilərinin öyrənilməsi və bioloji mübarizədə onlardan istifadə edilməsi” tədqiqat işi ilə əlaqədar ərazidə yerləşən su hövzələrindən material toplanılıb.
Qansoran ağcaqanadlar qan sorarkən insanlarda və kənd təsərrüfatı heyvanlarında bir çox infeksion və invazion xəstəlikləri yaydıqları üçün ağcaqanadlara qarşı bioloji mübarizə metodlarının tapılması və tətbiqi çox vacib məsələ olduğu üçün bu tədqiqatlar aparılır.