NEWS
3025 Archive

2018.10.25

Zoologiya İnstitutunun əməkdaşları ekspedisiyada olublar

07 oktyabr 2018-ci il tarixində AMEA Zoologiya İnstitutunun “Quru onurğalıları” laboratoriyasının elmi işçisi Sevinc Rəcəbova və kiçik elmi işçisi Günay Mustafayeva Beşbarmaq dağı və ətraf ərazilərdə “Avropa quşlarının beynəlxalq müşahidəsi günü”nün 25-ci ildönümü münasibəti ilə keçirilən ekspedisiyada iştirak ediblər. Ekspedisiya zamanı daha çox müşahidə olunan quş növləri sığırçınlar, vağlar və ağ çaydaçapanlar olub.