NEWS
3080 Archive

2017.11.14

AMEA Zoologiya İnstitutunun Tətbiqi Zoologiya Mərkəzinin növbəti yığıncağı keçirilib

AMEA Zoologiya İnstitutunun Tətbiqi Zoologiya Mərkəzinin növbəti yığıncağı keçirilib.
Yığıncaqda Tətbiqi Zoologiya Mərkəzinin müdiri, b.ü.f.d. Barat Əhmədov hesabat ilində görülən elmi-təşkilati işlər haqqında ətraflı məlumat verib.
O bildirib ki, cari il ərzində mərkəzin əməkdaşları “Təsərrüfat əhəmiyyətli növlərin müasir vəziyyəti, zərərvericilərə qarşı inteqrir mübarizə yollarının araşdırılması, bəzi nadir növlərin süni şəraitdə çoxaldılma üsullarının hazırlanması” mövzusu üzrə 8 tədqiqat işi üzərində çalışıblar. Tədqiqatlar zamanı bir sıra elmi və praktiki əhəmiyyəti olan nəticələr əldə olunub ki, onların da gələcəkdə bəzi təsərrüfatlarda tətbiqi planlaşdırılır.