Tətbiqi Zoologiya Mərkəzinin elmi işçisi Könül Tapdıqovanın dissertasiya işinin şöbədə müzakirəsi keçirildi


Müsahibələr, çıxışlar
A- A A+

04 may 2017-ci il tarixində Tətbiqi Zoologiya Mərkəzinin elmi işçisi Könül Tapdıqovanın “Abşeron yarimadasi göllərinin ibtidai xərçəngkimiləri” (növ tərkibi, yayilmasi və miqdari) mövzusunda dissertasiya işinin müzakirəsi keçirildi.  İddiaçının çıxışı dinlənildi, ona dissertasiya işi ilə baqlı suallar verildi. Daha sonra rəyçilərin və iclasın digər iştirakçılarının çıxışları, tələb və təklifləri dinlənildi. İclasın yekununda Könül Tapdıqovanın “2401.01 – Zoologiya” ixtisasında biologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün “Abşeron yarimadasi göllərinin ibtidai xərçəngkimiləri” (növ tərkibi, yayilmasi və miqdari)  mövzusunda təqdim etdiyi dissertasiya işinin AMEA Zoologiya İnstitutunun Müdafiə Şurasına təqdim olunması qərara alındı.

: 843


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.zoologiya.az saytına istinad zəruridir.