Fiziologiya İnstitutu meşə ehtiyatlarının qorunması ilə bağlı aksiya keçirir


Maraqlı məlumatlar
A- A A+

AMEA-nın Fiziologiya İnstitutu kağızın əsassız istifadəsinə, tullantı kağızların toplanması və təkrar emalına, eləcə də təbii sərvətlərin qorunmasına diqqəti cəlb etmək məqsədilə aksiya təşkil edib.

Belə ki, tədbirin təşkilatçıları vacib olmayan sənədləri istifadə edilmiş kağızlarda çap etməyi məsləhət görürlər. Bundan əlavə, gigiyenik kağızlardan daha az istifadəni, onu yuyula bilən məhsullar ilə əvəz etməyi tövsiyə edirlər.

Təşkilatçılar kağızın qənaətlə və səmərəli istifadəsinin meşə ehtiyatlarının qorunmasına gətirib çıxaracağını bildiriblər.

http://science.gov.az/news/open/7339

: 78


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.zoologiya.az saytına istinad zəruridir.