“Muzey, arxiv və kitabxanalarda mühafizə edilən milli dəyərlərin tədqiqi, təbliği, mühafizəsi və bərpası” mövzusunda tədbir keçiriləcək


Mühüm hadisələr
A- A A+

2018-ci il aprelin 15-də AMEA Milli Azərbaycan Tarixi Muzeyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunan “Muzey, arxiv və kitabxanalarda mühafizə edilən milli dəyərlərin tədqiqi, təbliği, mühafizəsi və bərpası” mövzusunda II respublika elmi konfransı keçiriləcək.

Tədbir çərçivəsində aşağıdakı mövzuların müzakirəsi nəzərdə tutulur:

- muzeylərdə elmi, fond və ekspozisiya işində milli dəyərlərin yeri;

- arxiv və kitabxana işinin təşkili;

- müasir cəmiyyətdə muzey. Yeni inkişaf yollarının axtarışı;

- arxiv və kitabxana fondlarında milli dəyərlərin mühafizəsi və qorunması;

- muzey, elm və təhsil: partnyorluq, təcrübə, perspektivlər;

- muzey, kitabxana və arxivlərdə bərpa və konservasiya işinin təşkili;

- gənc nəslin tarixi yaddaşının formalaşmasında muzeylərin rolu

Konfransda iştirak etmək istəyənlər məruzələrin tezislərini 2018-ci il mart ayının 1-dək behmen_76@mail.ru elektron ünvanına göndərməlidirlər.

Ünvan: Bakı şəhəri , H.Z.Tağıyev küçəsi, 4

Telefon: (+994 12) 4932387, 5981740, 5981739

Faks: (+994 12) 5985211

http://science.gov.az/news/open/7169

: 39


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.zoologiya.az saytına istinad zəruridir.