Gənc alimin layihəsi Elmin İnkişafı Fondunun Uğurlu Layihələr bölməsində yer alıb


Mühüm hadisələr
A- A A+

AMEA Naxçıvan Bölməsinin  Təbii Ehtiyatlar İnstitutunun Sorbsiya prosesləri laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədova Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant müsabiqəsinin qalibi olub. Gənc alimin təqdim etdiyi “Naxçıvan Muxtar Respublikasının yeraltı sərvətlərindən yeni yüksəktemperatura davamlı istilikizolyasiya materiallarının, seolitlərin alınma metodlarının işlənilməsi” adlı layihə Fondun Uğurlu Layihələr bölməsində yer alıb.

Layihənin əsas qayəsi Naxçıvan ərazisində olan mineral xammal əsasında tətbiqi mürəkkəb olmayan texnoloji metodlardan istifadə etməklə, elmi baxımdan əsaslandırılmış yeni xassəli materiallar almaqdır. Layihədə ilk dəfə olaraq muxtar respublika ərazisində mövcud olan təbii alümosilikat yataqlarından əldə olunmuş alümosilikatlardan yeni sistemlər təklif olunub və onların əsasında sintetik seolitlər alınıb. Mineral xammal əsasında alınacaq seolitlər, istilikizolyasiya materialları sənayenin müxtəlif sahələrində (neft, kimya, kənd təsərrüfatı) istifadə oluna bilər.

http://science.gov.az/news/open/7124

: 93


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.zoologiya.az saytına istinad zəruridir.