AMEA-da akademik Həsən Əliyevin 110 illik yubileyinə həsr olunan konfrans keçiriləcək


Konfranslar, iclaslar
A- A A+

Dekabrın 21-də saat 11:00-da AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Azərbaycanın görkəmli alimi, ictimai-siyasi dövlət xadimi, Dövlət Mükafatı Laureatı, akademik Həsən Əliyevin 110 illik yubileyi münasibətilə “Həsən Əliyev-110: Torpaqşünaslığın müasir problemləri” mövzusunda respublika elmi konfransı keçiriləcək.

Tədbir Prezident İlham Əliyevin “Akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında” 7 fevral 2017-ci il tarixli Sərəncamına əsasən baş tutacaq.

İki gün davam edəcək konfransda akademik Həsən Əliyevin ölkəmizdə coğrafiya və torpaqşünaslıq elmlərinin müxtəlif sahələrinin təşəkkül tapmasında, bir sıra yeni elmi istiqamətlərin bugünkü vəziyyətinin müəyyənləşməsində müstəsna xidmətlərindən bəhs olunacaq.

Ünvan: Bakı ş., Məmməd Rahim küç., 5

http://science.gov.az/news/open/6999
 
: 116


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.zoologiya.az saytına istinad zəruridir.