“Elm” qəzetinin yeni sayında maraqlı məqalələr yer alıb


Yeni nəşrlər
A- A A+

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin mətbu orqanı olan "Elm" qəzetinin növbəti sayı 24 noyabr 2017-ci il tarixində işıq üzü görüb.

Qəzetdə AMEA Rəyasət Heyətinin növbəti iclası, Azad Həmkarlar İttifaqının VII Qurultayı, Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağı, AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyevin Fransaya səfəri, Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr olunan yubiley mərasimi, "Müasir elm gənclərin baxışı ilə" mövzusunda keçirilən elmi-praktik konfrans, Şamaxı Astrofizika Rəsədxanasında Kərim Kərimovun 100 illik yubileyi münasibətilə keçirilən tədbir, Yüksək Texnologiyalar Parkında Azərbaycan-Çin Texnologiya Transferi Mərkəzinin açılış mərasimi və yeni nəşrlər haqqında materiallar işıqlandırılıb.

Bundan əlavə, yeni sayda "Elmdə öz cığırı olan alim", "Ön sırada dayanan məxfi general", "Aləmin əbədi dövranı paradiqması", "Alim, qayğıkeş müəllim" adlı məqalələr və digər məlumatlarla tanış olmaq olar.

Qəzetdə, həmçinin «В интересах устойчивого будущего», «Худу Мамедов: патриот и ученый», «В контексте меняющегося мира», «Центр совместных исследований», «...И восхитительный "четвертый" возраст», «Неравнодушный человек», «TIGER и в Баку - тигр» və s. kimi məqalələr də yer alıb.

http://science.az/news/open/6848

: 87


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.zoologiya.az saytına istinad zəruridir.