AMEA Zoologiya İnstitutunun Elmi Şurasında Parazitologiya və Protozoologiya laboratoriyalarının illik hesabatları müzakirə edilib


Mühüm hadisələr
A- A A+

İlk olaraq Elmi  Şurada Parazitologiya laboratoriyasının 2017-ci ildə tədqiqinə başladığı 2 mövzu üzrə aparılan 6 elmi tədqiqat işinin nəticələri dinlənilib.

İclasda qeyd edilib ki, laboratoriyanın əməkdaşları bu il ərzində Kiçik Qafqazın şimal-şərq ətəklərində gövşəyən ev heyvanlarının məhsuldarlığına və inkişafına ciddi təsir göstərən başlıca helmintoz törədicilərinin yayılması, Azərbaycanın su hövzələri parazitlərinin biomüxtəlifliyi, parazitlərin bioloji, ekoloji, morfoloji və zoocoğrafi tədqiqi üzrə araşdırma aparıblar. Tədqiqatın məqsədlərindən biri parazitar xəstəliklərinin profilaktika və müalicəsinin elmi əsaslarının işlənib hazırlanmasıdır.

Hesabat ilində laboratoriyanın əməkdaşlarının elmi jurnalllarda 7 məqaləsi (4-ü xaricdə olmaqla) çap edilib, 7 məqalə (5-i xaricdə olmaqla) çap olunmaq üçün təqdim edilib.

Protozoologiya laboratoriyası tərəfindən isə institutun elmi-tədqiqat planına uyğun olaraq 3 mövzu üzrə 5 elmi-tədqiqat işi aparılıb.

Hesabat müddətində laboratoriyanın əməkdaşları tərəfindən 4 monoqrafiya, 16 məqalə (10-u “Thomson Reuters”in bazasına daxildir) və 10 tezis çap olunub, 1 tezis, 5 məqalə çap olunmaq üçün təqdim edilib.

 

: 113


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.zoologiya.az saytına istinad zəruridir.