Tətbiqi Zoologiya Mərkəzinin əməkdaşı Türkiyədə arı xəstəliklərinin öyrənilməsi üçün ezamiyyətdə olub


Ekspedisiya xəbərləri
A- A A+

AMEA Zoologiya İnstitutunun Tətbiqi Zoologiya Mərkəzinin kiçik elmi işçisi Rəfiqə Əliyeva oktyabrın 16–28-də Türkiyənin Bursa şəhərində yerləşən Uludağ Universitetinin Baytarlıq fakultəsində arı xəstəliklərinin öyrənilməsi məqsədilə elmi-metodiki təlim kursunda iştirak edib.


Kursda iştirak Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant layihəsi çərçivəsində baş tutub.


Uludağ Universitetinin Baytarlıq fakultəsinin Parazitologiya kafedrasında 10 gün müddətində ezamiyyətdə olan R.Əliyeva arı xəstəlikləri ilə əlaqədar təlim kursunda arıların zərərvericiləri, parazitar, bakterial, viruslu və göbələk xəstəlikləri ilə bağlı nəzəri və praktiki biliklərə yiyələnib, bu xəstəliklərə qarşı mübarizə üsullarını öyrənib.


Təlim kursu Universitetin laboratoriyasında və Universitetə məxsus təsərrüfat sahəsində həyata keçirilib.


R.Əliyeva parazitar xəstəliklərdən “Varroa destructor” (Varratoz), “Acarapis woodi” (Akarapitoz), göbələk xəstəliklərdən “kirəc”, “daş” və Nosema cerenae (Nozematoz), bakterial xəstəliklərdən “Amerikan çürüməsi” və “Avropa çürüməsi”, zərərvericilərdən mum güvəsi, vəhşi arılar, yeşik qurdu, qarışqa və s. kimi xəstəlik və zərərvericilərin tədqiq edilmə metodlarını, onlara qarşı aparılan fiziki, kimyəvi və bioloji mübarizə üsullarınə öyrənib.

: 161


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.zoologiya.az saytına istinad zəruridir.