Görkəmli alim və hərbi xadim Kərim Kərimovun 100 illik yubileyi qeyd olunacaq


Mühüm hadisələr
A- A A+

Məlum olduğu kimi, cari ilin noyabr ayında kosmik proqramların gerçəkləşdirilməsinin fəal iştirakçısı, görkəmli alim və hərbi xadim, Kosmik Uçuşlar üzrə SSRİ Dövlət Komissiyasının sədri, Sosialist Əməyi Qəhrəmanı, Dövlət və Lenin mükafatları laureatı, AMEA-nın fəxri üzvü, general-leytenant Kərim Kərimovun anadan olmasının 100 ili tamam olur.

Prezident İlham Əliyev Kərim Kərimovun kosmik aparatların və raket texnikasının yaradılması, kosmosa uçuşların intensivləşməsi və kosmonavtikanın inkişaf etdirilməsi sahəsindəki müstəsna xidmətlərini, kosmik fəzanın tədqiqi işinə verdiyi mühüm töhfələri nəzərə alaraq, onun 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar 30 yanvar 2017-ci il tarixli Sərəncam imzalayıb.

Sərəncama əsasən, noyabın 16-da saat 11:00-da AMEA-nın Əsas binasında genaral-leytenant Kərim Kərimovun 100 illik yubileyinə həsr olunan tədbir keçiriləcək.

Tədbir AMEA-nın, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin və Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Mərasimdə görkəmli alimin xatirəsinə həsr olunan “Yüksəliş” sənədli filminin nümayişi də nəzərdə tutulur.

http://science.az/news/open/6756

: 30


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.zoologiya.az saytına istinad zəruridir.