Kitabxananın tarixi

Zoologiya İnstitutunun kitabxanası

 

1938-ci ildə təşkil olunan AMEA Zoologiya institutunun elmi kitabxanası respublikanın zəngin kitabxanalarından biridır. Kitabxananın ilk müdiri S.Zeynalova, sonralar isə kitabxana rəhbəri T.Qəribova təyin olunuşdur. 1973-cü ildən  2014-cü ilədək kitabxana müdiri S.Əliyeva olmuş, 2014-cü ildən 2016-cı ilə qədər V.Məmmədova, hal-hazırda isə bu  vəzifədə Ü.Qarayeva çalışır.

Təhsil və informasiya funksiyalarını yerinə yetirən İnstitutun Elmi kitabxanası elmi işçilərin, müəllim və tələbələrin elmi-pedaqoji fəaliyyətini kitabxananın fondunda olan ədəbiyyat və başqa materiallarla təmin etməklə Respublikanın İnstitut və Universitetlərinə kadr hazırlığında yaxından köməklik göstərir.

Zəngin fonda malik olan kitabxanada Azərbaycan, rus, ingilis və digər dillərdə olan 40000 nüsxədən artıq çap məhsulu saxlanılır. Bunlardan 19 000-dən artıq kitab, 20 000 dövrü nəşrlərdir. Kitabxana fondunda biologiyanın müxtəlif sahələri üzrə müdafiə olunmuş 473 nüsxə dissertasiya və 731 avtoreferat saxlanılır. Elmi kitabxana həm respublika elmi-tədqiqat institutları və ali məktəb kitabxanaları ilə, həm də xarici ölkələrin institut və universitetləri ilə informasiya mübadiləsi aparır. Kitabxana eyni zamanda  abunə yolu ilə müxtəlif dövrü nəşrlər alır.

İnstitut rəhbərliyi tərəfindən 2015-ci ildə yaradılan komissiya tərəfindən kitabxana fondu təftiş edilmiş, köhnəlmiş və elmi dəyərini itirmiş kitablar çıxdaş edilmiş, kitabxana fondu yenidən təşkil olunmuşdur.

Kitabxana hal-hazırda yarımavtomat sistemi ilə fəaliyyət göstərir. Kitabxananın fondunda Azərbaycanın heyvanlar aləminin öyrənilməsində müstəsna rolu olmuş alimlərin kitab və monoqrafiyaları - A.N.Derjavinin “Севрюга” (Uzunburun, 1922); “Воспроизводство запасов каспийского лосося”, (Xəzər qızılbalığı ehtiyatlarının istehsalı, 1941), “Воспроизводство запасов осетровых рыб” (Nərə balıqları ehtiyatlarının istehsalı, 1947); “Куринское рыбное хозяйство” (Kür balıqçılıq təsərrüfatı, 1956), Y.Ə.Əbdürrəhmanovun çoxillik elmi tədqiqat işləri “Azərbaycan balıqları“ (1955), “Azərbaycan şirin su balıqları” (1962), “Balıqlar” (1966), N.Vereşaginin «Млекопитающие Кавказа. История формирования фауны» (Qafqazın məməliləri. Faunanın formalaşması tarixi, 1959); “Каталог зверей Азербайджана”, (Azərbaycan heyvanlarının kataloqu, 1942),  D.V. Hacıyevin «Эльдарская верхнесарматская гиппарионовая фауна» (Eldar üstsarmat hipparion faunası, 1997); X.M.Ələkbərovun “Млекопитающие юго-западного Азербайджана” (Cənubi-qərbi Azərbaycanın məməliləri, 1966), “Azərbaycan faunası. Məməlilər, 1978”, A.V.Boqaçovun “Животный мир Азербайджана” (Azərbaycanın heyvanlar aləmi, 1951), N.H. Səmədovun “Жуки зерновых культур и меры борьы с ними”  (Taxıl bitkilərinin böcəkləri və onlarla mübarizə üsulları, 1954) və “Kənd təsərrüfatı bitkilərinə zərər verən böcəklərin fauna və ekologiyası” (1963), İ.İ. Yevstropovun “Хлопковая совка и борбы с ними” (Pambıq sovkası və onlarla mübarizə, 1953); Ş.M. Cəfərovun “Simulid mığmığaları” (1960), “Zaqafqaziyanın qansoran hünü milçəkləri” (1964), A.R.Haqverdiyevin “Azərbaycanın Lənkəran zonasının düzqanadlı həşəratları” (1967), H.S.Qasımovun “Toyuqkimilər dəstəsindən olan ov-sənaye quşlarının helmint faunası” (1956), İ.Ə.Sadıqovun “Azərbaycanda xəzdərili vəhşi heyvanların helmint faunası (1962), “Azərbaycanın sənaye heyvanlarının helmintləri” (1981) və “Zaqafqaziyada kiçik məməlilərin helmint faunası” (1989), Qasımov H.S. və N.A.Feyzullayevin həmmüəllif olduqları “Kənd təsərrüfatı heyvanlarının helmintozları və onlara qarşı mübarizə tədbirləri” (1964), Qasımov H.B., S.M.Mahmudovanın “İnsanların helmintləri” adlı elmi-kütləvi kitabçaları (1967), S.M.Vahidovanın “Azərbaycanda balıqyeyən quşlarının parazit qurdları”(1968), M.Ə.Musayevin həmmüəliflər ilə birlikdə yazdığı “Кокцидии грызунов СССР” (SSSR-nin gəmiricilərin koksidiləri, 1965), “Паразитофауна полевки общественной и структура её паразитоценоза” (İctimai çöl siçanının parazitofaunası və onun parazitocenozunun strukturu, 1969, A.İ. Xanməmmədovun “Azərbaycanın toyuqkimiləri” (1971), H.S.Abbasovun “Su daşqınlarında çoxalan balıqların artırılmasının bioloji əsasları” (1972), “Azərbaycanın əsas vətəgə balıqları (çəkikimilər, xanıkimilər) körpələrinin biologiyası” (1983) və s. saxlanılır. T.K.Mikayılovun “Azərbaycanın su hövzələrinin balıq parazitləri” (sistematikası, dinamikası, mənşəyi” 1975), A.Ə.Abdinbəyovanın “Pambıq bitkisinə zərər verən mənənələr”, “Azərbaycanın brakonidləri” (1975), A.M.Ələkbərovun “Земноводные и пресмыкающиеся Азербайджана” (Azərbaycanın suda-quruda yaşayanları və sürünənləri, 1978); Ə.H.Qasımovun Xərçəngkimilər” (1976) “Биология современного Каспия” (“Müasir Xəzərin biologiyası”, 1983), “Rotatorilər” (1984), “Животный мир Каспийского моря” (“Xəzərin heyvanlar aləmi, 1987), “Каспийское море” (“Xəzər dənizi”, 1987), C.A.Hidayətovun “Пентотоморфные полужесткокрылые Азербайджана” (Azərbaycanın pentotomorf yarımsərtqanadlıları 1982), S.V.Əliyevin “Azərbaycanın sovkaları (Lepidoptera, Noctuidae),1984”, D.Q.Tuayevin “Azərbaycan quşlarının kataloqu”, (2000) saxlanılır.

İnternet vasitəsi ilə alimlərin, müəllim və tələbələrin informasiyaya olan tələbatının ödənilməsinə nail olmaq məqsədilə elektron kitabxana xidmətlərinin təşkilini üçün kitabxananın fondunda saxlanılan kitabların elektron kataloqu hazırlanıb və elektron kitabxananın yaradılması üzərində işlər aparılır.

Hazırda kitabxana abonementdə və oxu zalında oxuculara həm əyani, həm də elektron xidmət edir.