2401.01- «ZOOLOGİYA» İXTİSASININ PASPORTU

I.     İxtisasın formulu:

 

2401.01- «Zoologiya»ixtisası üzrə elmi dərəcə almaq üçün dissertasiya şurasında müdafiəyə, zooloji tədqiqatların metodikalarına, nəticələrinə və tətbiqinə dair tamamlanmış işlər qəbul olunur.

 

II. Tədqiqat sahəsi:

 

1.        Heyvanların mənşəyi və təkamülü (palentoloji, genetik, coğrafi və ekoloji metodlara əsaslanan).

2.        Heyvanların taksonomiyası, ekologiyası, biologiyası.

3.        Heyvanların ayrı-ayrı qruplarının və növlərinin miqdarıca yayılması və onların bioloji məhsuldarlığın formalaşmasında rolu.

4.        Onların coğrafi yayılmasının, geoloji, ekoloji, antropogen, və başqa səbəbləri.

5.        Onların həyatında baş verən hadisələr (miqrasiya, çoxalma və s.).

6.        Heyvanların sahə tutmasına, qidasına və reproduktivliyinə görə əlaqələri və bir-birinə qarşılıqlı təsiri.

7.        Nadir və nəsli kəsilməsi qorxusu yaranmış onurğalı heyvanların öyrənilməsi və onların çoxaldılma texnologiyalarının hazırlanması.

8.        Xalq təsərrüfatının, texniki tərəqqinin və mədəni inkişafının heyvanat aləminə təsiri.

9.        Onların təbii ehtiyatının müəyyən edilməsi və istifadəsinin proqnozlaşdırılması.

10.     Müxtəlif şəraitdə (hövzənin dib hissəsində və su qatlarında) yaşayan heyvanların səciyyəvi əlamətləri, homoloji və anoloji göstəriciləri, təbii ehtiyatı və onun istifadəsinin səmərəliləşdirilməsi.

11.     Heyvanların keyfiyyət və kəmiyyət göstərixilərinin ( növ tərkibi, sayı, biokütləsi, onların mübadiləsi və s.) kompleks ekoloji təhlili.

12.     Ekosistemin antropogen yolu ilə dəyişdirilməsinin müxtəlif mərhələsində ( təbii sahədə, modifikasiya olunmuş sahədə, transformasiya olunmuş sahədə) heyvanların müqayisəli tədqiqi.

13.     Heyvanların iqlimləşdirilməsi, reintroduksiyası və onun nəticələri.

14.     Su və quru onurğalı heyvanların təbii komplekslərini və onların yaşama şəraitinin saxlanılmasında qoruq və yasaq rejminin və başqa nəzarət altında saxlanan sahələrin əhəmiyyəti.

15.     Heyvanların davranış və ünsiyyət sistemləri və onların idarə edilməsi mexanizmləri.

16.     Heyvanların tədqiqat metodlarının ( eksperimental tədqiqatlar, çöl tədqiqatları, say üsulları, kadastr tərtibatı, biokimyəvi, histoloji, embrioloji və s. tədqiqatlar) işlənib hazırlanması və onların təkmilləşdirilməsi.