Mingəçevir Elmi Təcrübə Bazası

Zoologiya İnstitutunun Su heyvanları şöbəsinin tərkibində fəaliyyət göstərən Mingəçevir Elmi Təcrübə Bazası Mingəçevir və Varvara su anbarlarının hidrofaunasının tədqiqi məqsədilə 1953-cü ildə yaradılmışdır. Bazada ilk tədqiqat işlərinə Mingəçevir su anbarının Samux çökəkliyində balıqlar aləminin öyrənilməsi ilə başlanılmışdır. İlk dəfə Mingəçevir su anbarında 20 növ balıq qeydə alınmış (Y.Ə.Əbdürəhmanov) və su anbarında balıq ovu proqnozu verilmişdir. Stansiyada anbarın hidrologiyası, hidrokimyəvi rejimi, balıqparazitləri, zooplanktonu və zoobentosu öyrənilir.

Bazanın əsas tədqiqat istiqaməti Mingəçevir və Varvara su anbarlarında balıq ehtiyatlarını artırmaq məqsədi ilə bioloji məhsuldarlığın öyrənilməsi, eyni zamanda tez böyüyən balıqların çoxaldılması texnologiyasının hazırlanmasıdır.

Mingəçevir və Varvara su anbarlarının makrobentosu tədqiq edilmiş, bentosda üstünlük təşkil edən orqanizmlərin məhsuldarlığı, bu anbarların zooplanktonu, balıqların dərinliklər üzrə yayılması öyrənilmişdir. Laboratoriyanın ərazisində, göllərdə ağamur, adi qalın alın və çəki balıq körpələri artırılaraq su anbarlarına buraxılır. İlk dəfə Mingəçevir su anbarında kürüləməsi aşkar olunan adi qalın alın (Hypophtalmichtysmolitrix) balığının 50-100 q-lıq körpələrinin bioloji analizi aparılmış, körpələrin böyüməsi və inkişaf mərhələləri izlənilmiş, çay forelinin Aran rayonlarında böyüməsi texnologiyası hazırlanmışdır.

BÖYÜK ELMİ İŞÇİLƏR elmİ İşçİ Böyük laborant laborant texnİk
Şəfəq Mənsur qızı Məmmədova Kazım İsrayıl oğlu Məmmədov Esmira Vidadi qızı Məmmədova Qaffar Bayram oğlu Mahmudov Ceyhun Kərim oğlu İbrahimov
Novruz Ata oğlu Həmidov
Mehriban Zübeyir qızı Qasımova
Sahilə İldırım qızı Qasımova