Zəkəriyyə Məhərrəm oğlu Məmmədov

 

Anadan olduğu yer

Azərbaycan Respublikası, Naxçıvan MR. Ordubad şəhəri 

 

Təvəllüdü

 29.06.1937

Bitirdiyi ali təhsil müəssisəsi

 Bakı Dövlət Universiteti 

Elmi dərəcəsi

Biologiya elmləri doktoru 

Elmi adı

Professor

Namizədlik (PhD) dissertasiyasının mövzusu:
- ixtisas şifri
- ixtisasın adı
- mövzunun adı

 

2413.01
“Entomologiya”
Naxçıvan MR-da meyvə bitkilərinə zərərverən həşəratların parazitləri

Doktorluq dissertasiyasının mövzusu:
- ixtisas şifri
- ixtisasın adı
- mövzunun adı

 

2413.01
“Entomologiya”
Azərbaycanda meyvə bitkilərinə zərərverən pulcuqluqanadlıların parazitləri və onlardan bioloji mübarizədə istifadə olunma yolları

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı

- xaricdə çıxmış elmi əsərlərinin sayı

- beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı

 

 92 məqalə

 

35 məqalə 

Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı

 2 

Kadr hazırlığı:     

- fəlsəfə doktorlarının sayı

 5

 2

Əsas elmi nailiyyətləri

 Çoxillik tədqiqatlar nəticəsində meyvə bitkilərinə zərər verən 74 növ pulcuqluqanadlı aşkar edilmişdir ki, bunlardan 16 növü Azərbaycan faunası üçün ilk dəfə qeyd olunur. Müəyyən edilmişdir ki, pulcuqluqanadlıların 59 növü tumlu bitkilərə, 15 növü isə çəyirdəkli bitkilərə zərər verir. 10 növ zərərli pulcuqluqanadlının 79 növ parazit entomofaq tərəfindən yoluxduğu aşkar edilmişdir. Parazitlərin 29 növü Azərbaycan faunası üçün ilk dəfə göstərilir. İlk dəfə olaraq Azərbaycanda 56 növ parazitin sahibi aşkarlanmışdır, bunlardan 12 növü Qafqaz, 14 növü isə, keçmiş SSRİ ərazisi üçün yenidir. Zərərli pulcuqluqanadlılara qarşı mübarizədə tətbiq olunmaq üçün 19 növ parazitin bioekoloji xüsusiyyətləri və yoluxduruculuq fəaliyyəti haqqında daha ətraflı məlumatlar verilmişdir. İlk dəfə olaraq alma və zolaqlı meyvə güvəsinə qarşı 3 növ parazitin (Nythobia armilata Grav., Bracon hebetor Say., Perisierola gallicola Kieff.) laboratoriya şəraitində cənub anbar odlucası üzərində çoxaldılma yolları, ageniaspis (Ageniaspis fuscicollis Dalm.) parazitinin isə alma güvəsinə (Yponomeuta malinellus Zll.) və 2 növ yırtıcı həşəratın (Synthomis phegea L., Colosoma sycophanta L.) tək ipəksarıyana (Lymantria dispar L.) qarşı mübarizədə arealdaxili köçürmə üsulları işlənib hazırlanmış və tətbiq olunmaq üçün Kənd Təsərrüfatı Nazirliyinə tövsiyə kimi təqdim edilmişdir. Azərbaycanın Mil-Muğan zonasında “pambıq sovkasının sayının tənzimlənməsində entomofaqların və entomopatogen mikroorqanizmlərin rolu” öyrənilmiş, respublikada ilk dəfə olaraq faydalı həşəratrların say meyarlarından istifadə etməklə, pambıq sovkasına qarşı inteqrasiya mübarizə üsulu təklif edilmişdir. “Azərbaycanda kənd təsərrüfatı bitkilərinə zərərverən böcəklərin parazitləri və onlardan bitki mühafizəsində zərərli böcəklərə qarşı bioloji mübarizədə  istifadə edilmənin yolları” mövzusunda tədqiqat işləri aparmışdır. Nəticədə meyvə bağlarında 38 növ zərərverən böcək aşkar edilmişdir ki, bunlardan 2 növü Azərbaycan faunası üçün ilk dəfə qeyd edilmişdir. 9 növ zərərvericinin bioekoloji xüsusiyyətləri, təsərrüfat əhəmiyyəti və entomofaqları öyrənilmişdir. Onların 35 növ parazit və yırtıcısı aşkar edilmişdir.  İlk dəfə olaraq Azərbaycanda meşə ağaclarına zərərverən 37 növ ksilofaq və onları məhv edən 35 növ entomofaq aşkar edilmişdir ki, onlardan 7 növ ksilofaqın və 4 növ entomofaqın bioekoloji xüsusiyyətləri və təsərrüfat əhəmiyyəti öyrənilmişdir. 

Elmi əsərlərinin adları

1. Azərbaycanda meyvə bitkilərinə zərərverən pulcuqluqqanadlıların parazitləri və onların bioloji mübarizədə istifadə olunma yolları. Bakı "Elm", 2004, 236 səh.

2. Azərbaycanın Böyük Qafqaz bölgəsində meşə ağaclarına zərərverən ksilofaqlar və onların təbii düşmənləri. AMEA-nın "Xəbərlər jurnalı" N1-6, 1997, Bakı

3. Биометод как средство борьбы с насекомыми вредителями в Азербайджане. Экология животных, журнал Юг России, № 2, 2013, Махачкала

4. Bitki mühafizəsində bioloji mübarizə üsulunun persperktivləri. Zooloqlar cəmiyyətinin əsəsrləri, cild 31, № 1, 2013, Bakı

5. Способ внутриареального переселения агениасписа (Ageniaspis fuscicollis Dalm.) и хищной гусеницы ложной пестрянки (Syntomis phegea L.) в борьбе с яблоневой молью и непарного шелкопряда в Азербайджане. Межд. н.-прак. конф. инновац. техн. для устойч. и безопас. разв. аграр. сектора, 3-4 октября 2013, Грузия, Тбилиси

6. Опыт использования паразитов для биологического подавления вредных чешу-екрылых в плодовых садах Азербайджана. Межд. н.-прак. конф. инновац. техн. для устойч. и безопас. разв. аграр. сектора, 3-4 октября 2013, Грузия, 3-4 октября 2013, Грузия, Тбилиси

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü 

 Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, elmi şuranın üzvü

Pedaqoji fəaliyyəti

ADPU  bakalavr və magistratura kurslarında mühazirəçi, Dövlət imtahan komissiyalarının sədri

Digər fəaliyyəti 

AMEA “Xəbərlər” jurnalı  redaksiya heyətinin, “Qırmızı kitab” redaksiya heyətinin üzvü, Zooloqlar cəmiyyətinin və Zoologiya institutunun elmi əsərlərinin redaktor müavini, “Bilik” və “Entomologiya” cəmiyyətlərinin sədri 

Təltif və mükafatları

 AMEA Rəyasət heyətinin, Azərbaycan Ekologiya və Təbii Sərvətlər nazirliyinin keçmiş SSRİ və Azərbaycan “Bilik” cəmiyyətlərinin fəxri fərman­ları, Gürcüstan KT Akademiyasının sertifikatı

Əsas iş yeri və ünvanı

Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutu,Az1073. Bakı şəh. kecid 1128, məh.504 

Vəzifəsi

 Elmi işlər üzrə direktor müavini, “Faydalı həşəratların introduksiyası və bioloji mübarizənin elmi əsasları” laboratoriya müdiri 

Xidməti tel.

 (+994 12) 5103889, (+994 12) 5397339 

Mobil tel.

 (+994 50) 3781344 

Ev tel.

 (+994 12) 4324245 

Faks

 (+994 12) 5397353 

Elektron poçtu

z.mammadov@zoology.science.az
zakariya.mamedov@mail.ru