Asif Abbas oğlu Manafov
AMEA Zoologiya İnstitutunun Parazitologiya laboratoriyasının baş elmi işçisi
 
 
 
 
 
 
  Anadan Olduğu Yer: Azərbaycan Respublikası, Oğuz şəhəri
  Təvəllüdü: 04.01.1959
  Bitirdiyi Ali Təhsil Müəssisəsi: Azərbaycan Dövlət Universiteti
  Elmi Dərəcəsi: Biologiya üzrə elmlər doktoru
  Elmi Rütbəsi: Baş elmi işçi
  Namizədlik (PhD) Dissertasiyasının Mövzusu:  
İxtisas Şifri: 2429.01
İxtisasın Adı: Parazitologiya
Mövzunun Adı: Şimali Azərbaycanda Melanopsis cinsindən olan mollyuskların partenit və serkariləri
  Doktorluq dissertasiyasının mövzusu:  
İxtisas Şifri: 2401.01- Zoologiya
İxtisasın Adı: 2429.01- Parazitologiya
Mövzunun Adı: Azərbaycanın su hövzələrində Melanopsis praemorsa (L., 1758) mollyusklarının trematod faunası (morfologiya, biologiya, ekologiya)
  Çapdan Çıxmış Elmi Əsərlərinin Ümumi Sayı: 72
Xaricdə Çıxmış Elmi Əsərlərinin Sayı: 38
Beynəlxalq Bazalarda Referatlaşdırılan və İndeksləşdirilən Jurnallarda Çap Olunan Məqalələrin Sayı: 17
  Müəlliflik Şəhadətnamələrinin və Patentlərin Sayı:  
  Kadr Hazırlığı:  
Fəlsəfə Doktorlarının Sayı:  
  Əsas Elmi Nailiyyətləri:

Azərbaycanın şirin su hövzələrində yayılan mollyuskların trematod faunasının kompleks zooparazitoloji və populyasiya-ekoloji tədqiqi həyata keçirilmiş, onların 200-ə yaxın trematodun birinci aralıq sahibi olduğu müəyyən edilmişdir. İlk dəfə Azərbaycanda kompleks parazitoloji tədqiqatların obyekti olan Melanopsis praemorsa L.,1758 mollyuskunun unikal trematod faunasının dünyanın heç bir yerində və heç bir başqa mollyusk növündə rastlanmadığı müəyyən edilmişdir. Elm üçün ilk dəfə qeyd edilən 33 növ serkarinin mikromorfoloji şəkilləri və müvafiq morfoloji təsvirləri hazırlanaraq növlər sənədləşdirilmişdir; Respublika ərazisində tapılan trematodların sistematik təyinatı aparılmış, ciddi praktik əhəmiyyətə malik növlərin əmələ gətirdikləri trematodoz ocaqlarının (Exinoxazmoz, Metaqonimoz, Heterofioz, Haplorxoz, Opisthorxoz, Şistosomoz) saxlanmasında iştirak edən sahiblər kompleksinin növ tərkibi, yayılma xüsusiyyətləri, ekosistemlərdəki yeri və rolu təhlil edilmişdir; Ekosistemlərə antropogen müdaxilələrin parazitlərin növ tərkibinə təsiri öyrənilmişdir; Trematodların filogenezində virqulanın əmələ gəlmə və formalaşma yolu müəyyən edilərək göstərilmişdir ki, trematodların taksonomik təyinatında bu strukturun yeri və roluna yenidən baxılmalıdır. Trematodların təsnifatında hetotaksiyanın mühüm əhəmiyyətə malik olduğu orijinal faktlarla təsdiq edilərək göstərilmişdir ki, serkarilərin hetotaksiyası ancaq differensasiyaedici deyil, həm də etibarlı inteqrasiyaedici əlamət ola bilər. Azərbaycan ərazisində trematodozların bir çox yeni ocaqlarını və törədicilər arasında insan və ətyeyən heyvanlar üçün xüsusilə təhlükəli olan Opisthorchida yarımdəstəsinin ən azı 7 nümayəndəsinin olduğunu müəyyənləşdirmişdir. Akvakultura şəraitində yetişdirilən balıqların parazitar xəstəliklərinin diaqnostikası, profilaktika və müalicəsinin elmi əsasları işlənib hazırlanaraq təsərrüfatlara tətbiq edilmişdir

   Elmi Əsərlərinin Adları:

►Манафов А.А. Партениты и церкарии трематод моллюска Melanopsis praemorsa бассейна Средней Куры в пределах Азербайджана. Баку: Нурлар, 2010, 260 с.

 

►Манафов А.А. Возрастная динамика заражения моллюсков Melanopsis praemorsa партенитами и личинками трематод // Известия НАНА. 2009, Том 65, № 3-4, С. 83-96.

 

►Манафов А.А. Две новые виргулидные церкарии из пресноводного моллюска Melanopsis praemorsa (L.) // Паразитология. Санкт-Петербург: Наука, 2008, Т. 42, Вып. 6, с. 467- 475.

 

►Манафов А.А. Сезонная динамика заражения моллюсков Melanopsis praemorsa партенитами и личинками трематод // Известия НАНА. 2008, Том 64, № 5-6, С. 87-100.

 

►Манафов А.А. Трематодофауна пресноводного моллюска Melanopsis praemorsa (L.) в водоемах Азербайджана. I. Cercaria rhionica II // Паразитология, Санкт-Петербург: Наука, 2010, т. 44, вып. 6, с. 531- 542.

 

►Манафов А.А. Некоторые итоги изучения трематодофауны пресноводного моллюска Melanopsis praemorsa (L.) в водоемах Азербайджана. 2. Новые виргулидные церкарии // Паразитология, Санкт-Петербург: Наука, 2011, т. 45, вып. 1, с. 35- 47.

  Respublika, Beynəlxalq və Xarici Ölkələrin Elmi Qurumlarında Üzvlüyü:  
  Pedaqoji Fəaliyyəti: 7 il
  Digər Fəaliyyəti:  
  Təltif və Mükafatları: AMEA - nın“Fəxri fərman”ı
  Əsas İş Yeri və Ünvanı: Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutu,Az1073. Bakı şəh. kecid 1128, məh.504
  Vəzifəsi: AMEA Zoologiya İnstitutunun Parazitologiya laboratoriyasının baş elmi işçisi
  Telefon:

Xidməti Telefon: (+994 12) 5397327

Mobil Telefon: (+994 50) 333 34 57

Ev Telefonu:

Faks:  
  Elektron Poçtu: • asif@zoology.science.az
• asif_abbasoglu@mail.ru