Həmidə Davud qızı Qayıbova

 

Anadan olduğu yer

Azərbaycan Respublikası, Bakı şəhəri 

 

Təvəllüdü

23.01.1944

Bitirdiyi ali təhsil müəssisəsi

Bakı Dövlət Universiteti

Elmi dərəcəsi

Biologiya elmləri doktoru

Elmi adı

Böyük elmi işçi

Namizədlik (PhD) dissertasiyasının mövzusu:
- ixtisas şifri
- ixtisasın adı
- mövzunun adı

 

 

03.00.17
Sitologiya
Əsas sahibləri Azərbaycanın müxtəlif ekoloji şəraitində yaşayan bəzi gəmiricilər olan koksidilərin həyat siklinin müqayisəli sitokimyəvi tədqiqi

 

Doktorluq dissertasiyasının mövzusu:
- ixtisas şifri
- ixtisasın adı
- mövzunun adı

 

 

2429.01
Parazitologiya
Azərbaycanda heyvanların koksidiləri (Coccidia, Sporozoa) və onların həyat dövriyyələrinin morfofunksional xüsusiyyətləri

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı

- xaricdə çıxmış elmi əsərlərinin sayı

- beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı

 

 70

 

 41

11

Kadr hazırlığı:     

- fəlsəfə doktorlarının sayı

1 və 3 hazırlıq mərhələsindədir

Əsas elmi nailiyyətləri

Hüceyrə biokimyası (sitokimya) metodları ilə gəmiricilər və kənd təsərüfatı heyvanlarının hüceyrədaxili ibtidai parazitləri olan Eimeria и Sarcocystis cinslərinə aid olan koksidilərin inkişaflarının endogen mərhələlərinin metobolizmi tədqiq edilmişdir. Azərbaycanda heyvanlarda ilk dəfə olaraq insanın şərti-patogen opportunistik infeksiyalarının törədiciləri olan Cryptosporidium cinsinə aid olan bağırsaq koksidiləri aşkar edilmişdir. Sahibin yaşından, ilin fəslindən və şaquli qurşaqlar üzrə yayılmasından asılı olaraq müxtəlif heyvanların koksidilərlə yoluxmasının ekstensivliyi ve intensivliyi öyrənilmişdir

Elmi əsərlərinin adları

1.Sarkosporidilərin (Sarcocystis, Sporozoa, Apicomplexa) iki növündə əzələ sistalarında maddələrin ötürülməsinin yolları // Sitologiya, 1993, t.35, №4, с.134 -138. (А.İ. Radcenko ilə birgə), (rus dilində).
2.Azərbaycan heyvanlar aləmi I cildində fəsil: «İbtidailər Yarımaləmi – Protozoa». s.5-11. «Apikompleksa– Apicomplexa tipi». s. 36-67.Bakı, Elm,1995. (M.Ə.Musayev ilə birgə) (rus dilində).
3.Buynuzlu heyvanların sarkosporidilərlə yoluxması və parazitlərin növ tərkibinin dəqiqləşdirilməsi problemləri // Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri. Biologiya elmləri seriyası. 2001, №1-3, s. 74-85. (rus dilində).
4.Azərbaycanda heyvanların kriptosporidiləri (Cryptosporidium, Coccidia, Apicomplexa) və onların növlərinin identifikasiyasına yanaşmanın müasir şərhi // Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri. Biologiya elmləri seriyası. 2004, №3-4, s. 102-118. (rus dilində).
5.Azərbaycanın su hövzələrində göl qurbağalarının Pelophylax ridibundus qan parazitləri // V.N.Karazin adına Xarkov Milli Universitetinin Xəbərləri. Biologiya seriyası, 2010, buraxılış 12, №920, s. 54-60 (S.O. Mamedova ilə birgə) (rus dilində)

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü 

Azərbaycan Zooloqlar Cəmiyyətinin üzvü

Digər fəaliyyəti 

1968-1991-ci illər ərzində Ümumittifaq Protozooloqlar Cəmiyyətinin üzvü və 1975-1991-ci illər ərzində Ümumittifaq Protozooloqlar Cəmiyyətinin Azərbaycan MEA Zoologiya institutu üzrə elmi katibi olmuşdur.
2000-ci ildə : 1) ««ZOO»- Bakı zooparkında heyvanların saxlanılma şəraitinin yaxşılaşdırılması üzrə təkliflərin hazırlanması» layihəsinin iştrakçısı olmuşdur (ISAR/Azerbaijan fondunun maaliyyə dəstəyi ilə)
2) «Parazitlərə yox!» layihəsinin menedceri olmuşdur. (ISAR/Azerbaijan fondunun maaliyyə dəstəyi ilə)
2006-2007- «İİV – assosiasiya olunmuş protozoy patogenlərin vəhşi  və sinantrop gəmiricilər arasında yayılması (3829)» layihəsinin menedceri olmuşdur. (Ukrayna Elmi Texnalogiya Mərkəzinin (УНТЦ (STCU)) maaliyyə dəstəyi ilə)
2009-2012 –ci illərdə  «İnsan, vəhşi və sinantrop gəmiricilərin İİV-assosiasiya olunmuş opportunistik patogenləri ilə yoluxması (3829 (R))»  layihəsinin menedceri olmuşdur. (Ukrayna Elmi Texnalogiya Mərkəzinin (УНТЦ (STCU)) maaliyyə dəstəyi ilə)

Təltif və mükafatları

1993-1994-cü illərdə Biomüxtəliflik problemi üzrə müsabiqənin qalibi olaraq Corc Soras təqaüdünə laiq görülmüşdür (Təbiət Elmləri Akademiyasının Rəyasət Heyyətinin Ekspert Komissiyasının qərarı ilə)

Əsas iş yeri və ünvanı

Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutu,Az1073. Bakı şəh. kecid 1128, məh.504 

Vəzifəsi

Baş elmi işçi

Xidməti tel.

(+99412) 539 73 71

Mobil tel.

 (+99450) 545 50 91

Ev tel.

(+99412) 493 57 73

Faks

 (+99412) 539 73 53

Elektron poçtu

hamida_qaib@rambler.ru