Təhsil Şöbəsi

AMEA-nın Zoologiya İnstitutunda Təhsil Şöbəsi fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması, doktorant və dissertantların magistrlərin elmi fəaliyyətinin təşkil olunması məqsədi ilə yaradılmışdır.

Təhsil Şöbəsi doktorant və dissertantların sənədlərinin qəbulunu, referatların yazılmasını, fərdi iş planlarının hazırlanmasını, ixtisas fənni üzrə qəbul imtahanlarının keçirilməsini təşkil edir.

Təhsil Şöbəsi doktorant və dissertantların attestasiyasını və doktorluq imtahanlarının keçirilməsini təşkil edir.

Təhsil Şöbəsi magistratura təhsilini həyata keçirir, magistrlərin tədris planında nəzərdə tutulan fənnlər üzrə məşğələlərdə iştirakını təşkil edir, magistr dissertasiyalarının hazırlanmasını və müdafiə olunmasını təmin edir.

Təhsil Şöbəsi doktorant və dissertantların fəaliyyətini Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Elm və Təhsil Şöbəsi ilə əlaqələndirir və lazımi sənədlərin təqdim olunmasını təmin edir.

Təhsil Şöbəsi nüfuzlu elmi jurnal və məcmuələrdə doktorantların elmi tədqiqatlarının nəticələrinin çap olunmasına dəstək göstərir.

Təhsil Şöbəsi magistrlərin, doktorant və dissertantların, gənc alimlərin institut, respublika və beynəlxalq səviyyəli proqram və layihələrdə iştirakının təmin olunmasına dəstək göstərir və tövsiyyələr verir.



 

Ad, Ata adı, Soyad VENERA SALƏDDİN QIZI MƏMMƏDOVA
Anadan Olduğu Yer Azərbaycan Respublikası, Gəncə şəhəri
Təvəllüdü 08.10.1966
Bitirdiyi Ali Təhsil Müəssisəsi Gəncə Dövlət Pedoqoji İnstitutu
Əsas İş Yeri və Ünvanı AMEA Zoologiya İnstitutu,Keçid 1128, məhəllə 504
Vəzifəsi Baş mütəxəssis
Xidməti Telefon (012) 539-73-39
Mobil Telefon (051) 745-44-01
Ev Telefonu (012) 595-83-79
Elektron poçtu venera@zoology.science.az, venera.mamedova.1966@mail.ru


Ad, Ata adı, Soyad AYGÜL NİZAMİ QIZI ƏMRAHLI
Anadan Olduğu Yer Azərbaycan Respublikası, Neftçala rayonu
Təvəllüdü 24.02.1990
Bitirdiyi Ali Təhsil Müəssisəsi Azərbaycan Dövlət Pedoqoji Universiteti
Əsas İş Yeri və Ünvanı AMEA Zoologiya İnstitutu,Keçid 1128, məhəllə 504
Vəzifəsi Metodist
Xidməti Telefon (012) 539-73-39
Mobil Telefon (055) 618-80-32
Elektron poçtu venera@zoology.science.az , venera.mamedova.1966@mail.ru