ZOOLOJİ MUZEY

Zooloji Muzeyin əsas məqsədi:

Zooloji muzeyin əsas məqsədi, həm Azərbaycan faunasının biomüxtəlifliyini öyrənmək, ayrı - ayrı təsnifat qruplarına aid olan canlıların biologiyasını, ekologiyasını, biosferdə rolunu tədqiq etmək, nadir və nəsli kəsilmək təhlükəsi olan növlərin qorunması üçün mühafizə tədbirlərini hazırlamaq və bu təklifləri müvafiq qurumlara təklif etmək, həm də muzeyin ekspozisiya və kolleksiya fondunu qoruyub saxlamaq və inkişaf etdirmək, geniş əhali kütlələrinə zooekoloji biliklər vermək və onlarda ekoloji tərbiyəni formalaşdırmaqdır.

Zooloji muzey haqqında:

XX əsrin əvvəllərindən başlayaraq Azərbaycan və xarici ölkə alimləri tərəfindən Respublikanın faunası öyrənilərkən əldə edilən nümunələr Zoologiya İnstitutunun laboratoriyalarında kolleksiya materialları şəkilində toplanması, saxlanması və mütəmadi olaraq yeni eksponatlarla zənginləşdirilməsi İnstitutda Zooloji Muzeyin yaradılması üçün zəmin olmuşdur. Biomüxtəlifliyin öyrənilməsi, qorunub saxlanılması və təbliği məqsədi ilə 1971-ci ildə Milli Elmlər Akademiyasının Rəyasət heyətinin qərarı ilə Zoologiya İnstitutunda Zooloji Muzey yaradılmışdır. Yaradıldığı ildən 1985–ci ilə kimi muzeyə biologiya elmləri namizədi Xanməmmədov A.İ., 1986 – 1998 – ci illərdə biologiya elmləri namizədi Qəndilov N.M., 1998 – 2015 – ci illərdə Babayev İ.R. rəhbərlik etmişlər. 2015 – ci ilin oktyabr ayından isə biologiya üzrə fəlsəfə doktoru Bünyatova S.N. muzeyə rəhbər təyin edilmişdir.  

Zooloji Muzeyin fəaliyyət istiqamətləri:

Zooloji muzeyin zooloji fondu ekspozisiya fondundan və kolleksiya fondundan ibarətdir. Hal-hazırda Zooloji muzeyin ekspozisiya fondunda Azərbaycanın və dünyanın heyvanlar aləmindən müqəvva, skelet, təpmə, yaş preparatdan ibarət və kolleksiya şəklində hazırlanmış 1703 eksponat sərgilənir. Onların 314 ədədi son 10 ildə muzeyin ekspozisiya fonduna daxil edilmişdir. Həmçinin eksponatlardan 257-si onurğalı heyvanların müxtəlif siniflərinə aiddir.   

Muzeydə Dəyirmiağızlılar (Cyclostomata) sinifi İlanbalığıkimilər (Petromyzoniformes) dəstəsinə, İlanbalıqları (Petromyzonidae) fəsiləsinə, ilanbalığı (Caspiomyzon) cinsinə aid Xəzər ilanbalığı (C.wagneri) ilə təmsil olunur.

Muzeyin balıqlar (Pisces) bölməsində, həm Azərbaycanın daxili şirinsu hövzələrində, həm də Xəzər dənizində yayılan növlərlə bərabər, Azov dənizində, Yapon dənizində, Berinq dənizində və Sakit okeanda yayılan növlərdə nümayiş etdirilir. Azərbaycanın daxili şirinsu hövzələrinin balıqlar faunası 5 dəstəyə - Durnabalığıkimilər (Esociformes), Çəkikimilər (Cypriniformes), Naxakimlər (Siluriformes), Angvilkimilər (Anguilliformes), Xanıbalığıkimilər (Perciformes);  5 fəsiləyə - Durnabalıqları (Esocidae), Çəkilər (Cyprinidae), Naxalar (Siluridae), Şirinsuangvilləri (Anguillidae), Xanılar (Percidae); durnabalığı (Esox), külmə (Rutilus), həşəm (Aspius), lilbalığı (Tinca), qumlaqçı (Gobio), xramulya (Varicorhinus), şirbit (Barbus), şəmayı (Chalcalburnus), amur (Ctenopharyngodon), çapaq (Abramis), Qarasol (Vimba), çəki (Cyprinus), naxa (Silurus), angvil (Anguilla), sıf (stizostedion), xanı (Perca) kimi 16 cinsə aid olan 19 növlə təmsil olunur.   Xəzər dənizində yayılan növlər isə 6 dəstəyə - Nərəkimilər (Acipenseriformes), Siyənəkkimilər (Clupeiformes), Qızılbalığıkimilər (Salmoniformes), Üzgəclikimilər (Syngnathiformes), Xanıbalığıkimilər (Perciformes); 5 fəsiləyə - Nərələr (Acipenseridae), Siyənəklər (Clupeidae), Qızılbalıqlar (Salmonidae), İynələr (Syngnathidae), Xullar (Gobiidae); nərə (Acipenser), bölgə (Huso), kilkə (Clupeonella), siyənək (Alosa), qızılbalıq (Salmo), dəniziynəsi (Syngnathus), xul (Neogobius), Knipoviçxulu (Knipowitschia), çömçəxul (Benthophilus) kimi 9 cinsə aid 19 növdən ibarət ekspozisiya şəkilində nümayiş etdirilir.

Xarici faunadan qığırdaqlı balıqlar (Chondichthyes) sinifi Sakit okeanda yayılan Lamnokimilər (Lamniformes) dəstəsinə, Lamnolar (Lamnidae) fəsiləsinə, köpəkbalığı (Lamna) cinsinə aid siyənək köpəkbalığı (L.ditropis) növü, sümüklü balıqlar isə (Octeichthyes), Dünya okeanının tropik və subtropik qurşaqlarında yayılan Sarqankimilər (Beloniformes) dəstəsinə, Uçanbalıqlar (Exoecoetidae) fəsiləsinə, ikiqanadlı (Exoecoetus) cinsinə aid uçan balıq (E.volitans), Sakit okeanda yayılan Qızılbalığıkimilər (Salmoniformes) dəstəsinə, Qızılbalıqlar (Salmonidae) fəsiləsinə, onqorinxus (Oncorhynchus) cinsinə aid qozbel qızılbalıq (O.gorbuscha), Qara dənizdə yayılan Çəkikimilər (Cypriniformes) sinifinə, Çəkilər (Cyprinidae) fəsiləsinə, ilişgən (Cobitus) cinsinə aid adi ilişkən (C.taenia), Xanıbalığıkimilər (Perciformes) dəstəsinə, Qıvrıüzgəclər (Cirrhitidae) fəsiləsinə, çirrixit (Cirrhitichthys) cinsinə aid olan qızıl çirrixit (C.aureus) və Nandlar (Nandidae) fəsiləsinə, nand (Nandus) cinsinə aid Hind nandusu (N.nandus), Berinq dənizində yayılan Xanıbalığıkimilər (Perciformes) dəstəsinə, Batimasterlər (Bathymasteridae) fəsiləsinə, batimaster (Bathymaster) cinsinə aid olan dəniz batimasteri (B.signatus), Azov dənizində yayılan Treskakimilər (Gadiformes) dəstəsinə, Treskalar (Gadidae) fəsiləsinə, nalim (Loto) cinsinə aid adi nalim (L.loto), Yapon dənizində yayılan Xanıbalığıkimilər (Perciformes) dəstəsinə, Genağızlılar (Opisthognathidae) fəsiləsinə, stalisk (Stalix) cinsinə aid Yapon böyükağızı (S.histrio) və Ulduzsayanlar (Uranoscopidae) fəsiləsinə, ulduzsayan (Uranoscopus) cinsinə aid Yapon ulduzsayanı (U.japonicus) növü ilə təmsil olunur.

Suda – quruda yaşayanlar (Amphibia) bölməsində Quyruqlular (Caudata) dəstəsinə Ambistonlar (Ambystomatidae), Salamandralar (Salamandridae) fəsilələrinə aid 2 cins, 3 növ və Quyruqsuzlar (Anura) dəstəsi Girdədillilər (Discoglossidae), Pipalar (Pipidae), Sarımsaqiylilər (Pelobatidae), Quru qurbağaları (Bufonidae), Ağac qurbağaları (Hylidae), Qurbağalar (Ranidae) fəsilələrinə aid 7 cins 10 növ sərgilənir. Bunlar içərisində pələngşəkilli ambistoma (Ambystoma tigrinum), Sarıqarın anac qurbağa (Bombina variegata), Mahmızlı qurbağa (Xenopus laevis), Korvalio pipası (Pipa corvalhoi), Yaponya ağac qurbağası (Hyla japonica) tropiklərin faunasına daxildirlər.

Sürünənlər (Reptilia) sinifi Tısbağalar (Testudines) dəstəsinə Quru tısbağaları (Testudinidae), Şirinsu tısbağaları (Emydidae) fəsilələrinə aid 2 cins, 2 növlə, kərtənkələlər (Sauria) dəstəsi, Gekkonlar (Gekkonidae), Kələzlər (Agamidae), Koramallar (Anguidae), Ssinklər (Scincidae), Əsl kərtənkələlər (Lacertidae), Varanlar (Varanidae) fəsilələrinə aid 7 cins 9 növlə, İlanlar (Serpentes) dəstəsi, Yatağanlar (Boidae), Suilanları (Colubidae), Gürzələr (Viperidae), Çuxurbaşlılar (Crotalidae) fəsilələrinə aid 9 cins, 15 növlə təmsil olunur. Ekponatlar içərisində Orta Asiya yayılan boz varan (Varanus griseus), Cənub-şərqi Asiya yayılan torlu piton (Python reticulatus), ABŞ yayılan su qalxansifəti (Agkistrodon piscivorus) və zolaqlı zınqırovlu ilan (Crotalus horridus) kimi sürünən növləri də var.

Quşlar (Aves) bölməsində Qaqarkimilər (Gaviformes) dəstəsi, Qaqarlar (Gaviidae) fəsiləsinə aid 1 cins 1 növlə, Maygülükimilər (Podicipediformes) dəstəsi, Maygülülər (Podicipedidae) fəsiləsinə aid 1 cins 3 növlə, Qutankimilər (Pelecaniformes) dəstəsi, Qutanlar (Pelecanidae), Qarabatdaqlar (Phalacrocoracidae) fəsilələrinə aid 2 cins, 4 növlə, Leyləkkimilər (Ciconiiformes) dəstəsi, Vağlar (Ardeidae), İbislər (Threskiornithidae), Leyləklər (Ciconiidae) fəsilələrinə aid 10 cins, 12 növlə, Flaminqokimilər (Phoenicopteriformes) dəstəsi Flaminqolar (Phoenicopteridae) fəsiləsinə aid 1 cins, 1 növlə, Qazkimilər (Anseriformes) dəstəsi, Ördəklər (Anatidae) fəsiləsinə aid 8 cins, 19 növ, Qızılquşkimilər (Falconiformes) dəstəsi, Qırğılar (Accipitridae), Qızılquşlar (Falconidae) fəsilələrinə aid 9 cins, 12 növ, Toyuqkimilər (Galliformes) dəstəsinə, Tetralar (Tetraonidae), Qırqovullar (Phasianidae) fəsilələrinə aid 7 cins, 7 növlə, Durnakimilər (Gruiformes) dəstəsi, Durnalar (Gruidae), Sufərələri (Rallidae), Doydaqlar (Otididae) fəsilələrinə aid 7 cins, 7 növ, Cüllütkimilər (Charadriiformes) dəstəsi, Bozcalar (Charadridae), Bizdimdiklər (Recurvirostridae), Mələrcüllütlər (Scolopacidae), Haçaquyruqlar (Glareolidae), Qağayılar (Laridae) fəsilələrinə aid 14 cins, 18 növlə, Quququşukimilər (Cuculiformes) dəstəsinə, Quququşlar (Cuculidae) fəsiləsinə aid 1 cins, 1 növlə, Bayquşkimilər (Strigiformes) dəstəsinə, Bayquşlar (Strigidae) fəsiləsinə aid 3 cins, 3 növlə, Göycəqarğakimilər (Coraciiformes) dəstəsinə, Göycəqarğalar (Coraciidae), Zərricələr (Alcedinidae), Qızlarquşular (Meropidae), Hop-hoplar (Upupidae) fəsilələrinə aid 4 cins, 5 növlə, Ağacdələnkimilər (Piciformes) dəstəsinə, Ağacdələnlər (Picidae) fəsiləsinə aid 3 cins, 3 növlə, Sərçəkimilər (Passeriformes) Dəstəsi, Qaranquşlar (Hirundinidae), Alaçöhrələr (Laniidae), Sarıköynəklər (Oriolidae), Sığırçınlar (Sturnidae), Qarğalar (Corvidae), Ardıcquşular (Bombycillidae), Sudaçaparlar (Cinclidae), Bilibittanlar (Troglodytidae), Pöhrəçillər (Sylviidae), Qaratoyuqlar (Turdidae), Arıquşular (Paridae), Sərçələr (Passeridae) fəsilələrinə aid 17 cins, 20 növlə təmsil olunur.  Bunlar arasında su – bataqlıq quşları, yüksək dağ quşları, meşə quşları, açıq sahələrin quşları, yaşayış məntəqələrinin quşları olmaqla, müxtəlif ekoloji qruplara aid növlər ayrı – ayrı ekspozisiyalar şəkilində nümayiş etdirilir.   

   Məməlilər (Mammalia) sinifi Cücüyeyənlər (Insectivora) dəstəsinə, Kirpilər (Erinaceidae) fəsiləsinə aid 1 cins, 1 növ, Yarasakimilər (Chiroptera) dəstəsinə, Adi yarasalar (Vespertilionidae) fəsiləsinə aid 1 cins 1 növlə, Dovşankimilər (Lagomorpha) dəstəsinə, Dovşanlar (Leporidae) fəsiləsinə aid 1 cins 1 növlə, Gəmiricilər (Rodentia) dəstəsinə, Sincablar (Sciuridae), Tirəndazlar (Hystricidae), Süleysinlər (Myoxidae), Siçanlar (Muridae), Dağsiçanları (Cricetidae), Qunduzlar (Myocastoridae), Dəniz donuzcuqları (Caviidae), Şinşillalar (Chinchilidae) fəsilələrinə aid 12 cins, 15 növlə, Yırtıcılar (Carnivora) dəstəsinə, Canavarlar (Canidae), Ayılar (Ursidae), Yenotlar (Procyonidae), Dələlər (Mustelidae), Pişiklər (Felidae) fəsilələrinə aid 10 cins, 10 növ, Pərayaqlıkimilər (Pinnipedia) dəstəsinə, Suitilər (Phocidae) fəsiləsinə aid 1 cins, 1 növ, Xortumlukimilər (Proboscidea) dəstəsinə, Fillər (Elephantidae) fəsiləsinə aid 1 cins, 1 növ, Cütdırmaqlıkimilər (Artiodactyla) dəstəsi, Donuzlar (Suidae), Marallar (Cervidae), Zürafələr (Giraffidae), Boşbuynuzlular (Bovidae) fəsilələrinə aid 9 cins, 12 növ, Primatkimilər (Primates) dəstəsinə, Martışkalar (Cercopithecidae) fəsiləsinə aid 1 cins 1 növlə təmsil olunur.  Bunların içərisində dünya faunasından Afrikada yayılan adi şir (Panthera leo), mavi qnu (Connochaetes taurinus), torşəkilli zürafə (Giraffa camelopardalis) kimi savanna heyvanları, Amerikada yayılan puma (Puma concolor), Avroasiyanın səhralarında yayılan sayqak (Saiga tatarica), Asiyanın dağlıq ərazilərində yayılan sibir dağ keçisi (Capra sibirica), Avropa və Ön Asiyanın meşələrində yayılan Adi lan (Cervus dama), Hindistanda yayılan Asiya fili (Elephas maximus) də nümayiş etdirilir.    

Azərbaycanın və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı kitabına daxil olan onurğalı heyvan növlərindən nümunələr də nümayiş etdirilir.

Son 10 ildə muzeyin və institutun əməkdaşları tərəfəindən Zooloji muzeyə aşağıdakı eksponatlar daxil olmuşdur: 2006-cı ildə 3 növə aid 5 eksponat (1 növ balıq, 1 növ kərtənkələ, 1 növ quş), 2007 – ci ildə 5 növə aid 9 eksponat (2 növ xərçəng, 3 növ kərtənkələ), 2008 – ci ildə 28 növə aid 34 yeni eksponat, həmçinin AMEA – nın müxbir üzvü İ.X.Ələkbərov tərəfindən Atlantik okeanından əldə edilmiş molyuskların kolleksiyası, 2009 – cu ildə 4 növə aid 5 ekponat (1 növ xərçəngi, 2 növ quş, 2 növ məməli), 2010 – cu ildə  39 növdən 88 (34 növü məməli, 5 növü quş, 6 növü balıq), 2011 – ci ildə 24 növə aid 24 ekponat (12 növ kəpənək, 2 növ xərçəng, 5 növ balıq,  2 növ ilan,  2 növ quş), 2012 – ci ildə 14 növə aid 14 yeni eksponat, 2013 – cü ildə 3 növə aid 5 eksponat (3 növ balıq), 2014 – cü ildə 9 növdən 11 yeni eksponat (1 növ tısbağa, 8 növ quş).

Zooloji muzeyin kolleksiya fondu 295 növə aid 5984 quş təpməsindən ibarətdir. Quşların kolleksiyası 2016 – cı ildə Ornitologiya laboratoriyasından Zooloji Muzeyə təhvil verilmişdir.

Zooloji muzeyin əməkdaşları, zooloji bilikləri geniş təbliğ edirlər. 2006 – 2016 – cı illər müddətində Bakı şəhərindən və Azərbaycanın müxtəlif rayonlarının məktəbə qədər təhsil müəssisələrinin uşaqları, orta məktəb şagirdləri, ali məktəb tələbələri, qeyri – hökümət təşkilatlarının nümayəndələri, ayrı – ayrı şəxslər daxil olmaqla 15 000 – dən çox ziyarətçi Zooloji muzeydə ekskursiyada olmuşlar. Muzeyə gələnlər bəzi onurğasız heyvanların, həmçinin balıqların, suda – quruda yaşayanların, sürünənlərin, quşların, məməlilərin yayılması, biekologiyası, sayı, müasir vəziyyəti və davranışı haqqında muzey əməkdaşlarından ətraflı məlumatlar verilib. Zoologiya və ekologiya ixtisasları üzrə təhsil alan Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tələbələri praktiki məşğələlər zamanı Zooloji muzeydə olmuşlar. Yerli ziyarətçilərlə yanaşı xarici qonaqlardan YUNESKO təşkilatının, Zukov fondunun, BP şirkətinin nümayəndələri, Misir, Ukrayna və İran İslam Respublikasının vətəndaşları da muzeydə olmuş və Azərbaycan faunası haqqında ətraflı məlumatlar almışlar. Zooloji biliklərin təbliği, həmçinin Azərbaycanın zəngin biomüxtəlifliyini geniş kütlələrə tanıtmaq məqsədi ilə muzey əməkdaşları mütəmadi şəkildə kütləvi informasiya vasitələrində çıxışlar edirlər.

Beynəlxalq Vəhşi Təbiəti Qoruma fondunun Azərbaycan ofisi, Kritik Vəziyyətdə olan Ekosistemlərin Saxlanması üzrə Beynəlxalq Əməkdaşlıq fondu, Almaniyanin Zukov fondu, H.Əliyev fondu və Həsən bəy Zərdabi adına Təbiət Tarixi muzeyi ilə, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı Dövlət Universiteti, Tusi adına Azərbaycan Pedaqoji Universiteti ilə əlaqə saxlanılır.

 

 Kadr potensialı

Ad, Ata adı, Soyad:                           Səbinə Nizami qızı Bünyatova

Anadan olduğu yer:                           Azərbaycan Respublikası, Bakı şəhəri

Təvəllüdü:                                         21.02.1983

Bitirdiyi ali təhsil müəssisəsi:              Bakı Dövlət Universiteti

Əsas iş yeri və ünvanı:                       AMEA Zoologiya İnstitutu

Vəzifəsi:                                            Zooloji Muzeyin müdiri

Xidməti telefon:                                 012- 539-50-32

Mobil telefon:                                       055 - 759 -96 - 98

Ev telefon:

Elektron poçtu:                                   s_bunyatova@mail.ru

 

Ad, Ata adı, Soyad:                           Könül Saləddin qızı Həsənova

Anadan olduğu yer:                           Azərbaycan Respublikası, Gəncə şəhəri

Təvəllüdü:                                         10.10.1963

Bitirdiyi ali təhsil müəssisəsi:              Gəncə Pedoqoji İnstitutu

Əsas iş yeri və ünvanı:                       AMEA Zoologiya İnstitutu

Vəzifəsi:                                            Elektronçu

Xidməti telefon:                                 012- 539-50-32

Mobil telefon:

Ev telefon:

Elektron poçtu:                                 

 

 

Ad, Ata adı, Soyad:                           Səbinə Eldar qızı Abdullayeva

Anadan olduğu yer:                           Azərbaycan Respublikası, Qax rayonu

Təvəllüdü:                                         26.07.1982

Bitirdiyi ali təhsil müəssisəsi:              Bakı Dövlət Universiteti

Əsas iş yeri və ünvanı:                       AMEA Zoologiya İnstitutu

Vəzifəsi:                                            Böyük laborant

Xidməti telefon:                                 012- 539-50-32

Mobil telefon:

Ev telefon:

Elektron poçtu:                                  s.abdullayeva@zoology.science.az

 

 

Ad, Ata adı, Soyad:                           Aynurə Əlövəst qızı Quliyeva

Anadan olduğu yer:                           Azərbaycan Naxçıvan MR

Təvəllüdü:                                         10.01.1978

Bitirdiyi ali təhsil müəssisəsi:              Ali Diplomatiya kolleci

Əsas iş yeri və ünvanı:                       AMEA Zoologiya İnstitutu

Vəzifəsi:                                            Texnik

Xidməti telefon:                                 012- 539-50-32

Mobil telefon:

Ev telefon:

Elektron poçtu:              

                  

 

Ad, Ata adı, Soyad:                           Şəhla Akif qızı Rzayeva

Anadan olduğu yer:                          Azərbaycan, Nax. MR, Şahbuz şəhəri.

Təvəllüdü:                                         24.01.1985

Bitirdiyi ali təhsil müəssisəsi:              Naxçıvan Dövlət Universiteti

Əsas iş yeri və ünvanı:                       AMEA Zoologiya İnstitutu

Vəzifəsi:                                            Böyük laborant

Xidməti telefon:                                 012- 539-50-32

Mobil telefon:                                   

Ev telefon:

Elektron poçtu:                                  shehla.rzayeva@mail.ru

 

 

Ad, Ata adı, Soyad:                           Xatirə İlqar qızı Qəhrəmanlı

Anadan olduğu yer:                          Azərbaycan Respublikası Goranboy r-nu, Dəliməmmədli şəh.

Təvəllüdü:                                         14.08.1991

Bitirdiyi ali təhsil müəssisəsi:              Gəncə Dövlət Universiteti

Qafqaz Universiteti

Əsas iş yeri və ünvanı:                       AMEA Zoologiya İnstitutu

Vəzifəsi:                                            Böyük laborant

Xidməti telefon:                                 012- 539-50-32

Mobil telefon:                                   

Ev telefon:

Elektron poçtu:                                  khatira@zoology.science.az

                                                                     xhsnova@gmail.com

 

Ad, Ata adı, Soyad:                            Vacib İbrahim oğlu İmanov

Anadan olduğu yer:                            Azərbaycan Respublikası, Şamxor  r-nu

Təvəllüdü:                                        

Bitirdiyi ali təhsil müəssisəsi:             

Əsas iş yeri və ünvanı:                       AMEA Zoologiya İnstitutu

Vəzifəsi:                                                    Böyük laborant

Xidməti telefon:                                 012- 539-50-32

Mobil telefon:                                    050-344-20-09

Ev telefon:

Elektron poçtu: