XƏBƏRLƏR
4238 Arxiv

2017.10.25

Meyvə ağaclarına və bəzək bitkilərinə zərər vuran bərabərqanadlı (Homoptera) zərərvericilər müəyyənləşdirilib

AMEA Zoologiya İnstitutunda meyvə ağaclarına və bəzək bitkilərinə zərər vuran zərərvericiləri müəyyənləşdirilib.

İnstitut əməkdaşlarının Quba-Xaçmaz bölgəsinə etdiyi ekspedisiya zamanı meyvə ağaclarının - şaftalı, alma, armud, heyvanın üzərində Parlatoria oleae - bənövşəyi çanaqlı yastıca, Lepidosaphes ulmi-alma vergülvari çanaqlı yastıca, park-dekorativ bitkilərdən qovaq ağaclarının budaqlarında Diaspidiotus caucasicus-qafqaz qovaq çanaqlı yastıca aşkarlanıb. Xurma ağaclarının budaqlarına, yarpaqlarına isə Ceroplastes yaponicus-yapon mumlu yastıcasının, bəzi bəzək bitkilərinə mumlu yastıcaların zərər vurduğu məlum olub.
Heyva ağacları üzərində Pulvinaria floccifera, bəzək bitkilərində isə Pulvinaria aurantii olduğu müəyyənləşdirilmişdir.

Eyni zamanda müəyyənləşdirilib ki, yalançı çanaqlı yastıcalardan Parthenolecanium persicae-şaftalı yalançı çanaqlı yastıcası tut ağaclarının budaqları və zoğlarında yayılmışdır.

Bundan başqa, 5 növ parabüzən-Rhyzobius lophanthae, Coccinella indecempunctata, Chilocorus bipustulatus, Exochomus flavipes, Chilocorus renipustulatus aşkarlanmışdır.