XƏBƏRLƏR
3126 Arxiv

2017.10.25

Zoologiya İnstitutunun əməkdaşları biologiya fənni üzrə qəbul imtahanlarının proqramının müzakirəsində iştirak ediblər

AMEA Zoologiya İnstitutunun əməkdaşları Dövlət İmtahan Mərkəzində biologiya fənni üzrə qəbul imtahanlarının proqramının müzakirəsinə həsr olunan seminarda iştirak ediblər. 
Dövlət İmtahan Mərkəzində 2018-ci tədris ilində keçiriləcək buraxılış imtahanları, eyni zamanda hərbi litseylərə və ali təhsil müəssisələrinə qəbul imtahanlarının məzmunu ilə bağlı materialların hazırlanması məqsədilə elmi-metodiki seminarların  keçirilməsinə oktyabrın 9-dan başlanılıb. 
Oktyabrın 19-da biologiya f
ənni üzrə qəbul imtahanlarının proqramının müzakirəsində Zoologiya İnstitutunun Təhsil Şöbəsinin müdiri Lalə Şirinova və metodisti Aygül Əmrahlı iştirak edib.