XƏBƏRLƏR
3131 Arxiv

2017.10.19

AMEA Zoologiya İnstitutu Quru Onurğasızları laboratoriyasının doktorantı Nərmin Beydizadə beynəlxalq qrant proqramının qalibi olub

Nərmin Beydizadə Rumıniya Təhsil, Tədqiqat, Gənclər və İdman Nazirliyi və Azərbaycanın Təhsil Nazirliyinin birgə elan etdiyi qrant proqramının qalibi seçilib.

Qalib doktorantura proqramı üzrə 6 aylıq təhsil təqaüdü qazanıb. O, proqram çərçivəsində təhsilini Rumıniyanın Babeş – Bolyai Universitetinin Molekulyar Biologiya və Biotexnologiya Departamentində alacaq.