XƏBƏRLƏR
3153 Arxiv

2017.11.16

AMEA Zoologiya İnstitutunun doktorant, dissertant və magistrləri "Ana dilimiz-milli varlığımızdır" müsabiqəsində iştirak edirlər

AMEA Zoologiya İnstitutunun doktorant, dissertant və magistrləri "Ana dilimiz-milli varlığımızdır” müsabiqəsində iştirak edirlər.

Müsabiqə AMEA-nın Prezidentinin bu ilin oktyabr ayında verdiyi 639№-li sərəncamına əsasən keçirilir.

Müsabiqənin keçirilməsində məqsəd Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsini təmin etmək, gənc alimlərdə ana dilinə sevgi və hörmət hissini artırmaq, yazıda və şifahi nitqdə ədəbi dilin normalarına ciddi surətdə əməl edilməsini təşviq etməkdir.Müsabiqədə iştirak etmək üçün Zoologiya İnstitutunun doktorantları Nərmin Beydizadə, Gülnarə Hüseynova, dissertantları Nəzakət Abasova, Səriyyə Qasımova  və magistri Xədicə Qurbanova qeydiyyatdan keçib.