XƏBƏRLƏR
3038 Arxiv

2017.10.18

Botanika İnstitutunun alimləri Belarusda keçirilən beynəlxalq konfransda iştirak ediblər

Belarus Elmlər Akademiyasının (BEA) Fiziologiya İnstitutunun təşkilatçılığı ilə Minsk şəhərində “Fundamental elmlər tibbdə” adlı beynəlxalq elmi konfrans keçirilib.

Tədbirdə ölkəmizi Botanika İnstitutunun Hüceyrə biofizikası laboratoriyasının əməkdaşları - AMEA-nın müxbir üzvü Xəlil Qasımov, b.ü.f.d. Arifə Bağırova və b.ü.f.d. Gülnar Sultanova təmsil ediblər.

X.Qasımov konfransda “Makrolid polien antibiotiklərin immunstimullaşdırıcı və şişlərə qarşı effekti” mövzusunda məruzə ilə çıxış edib.

Səfər çərçivəsində alimlər, həmçinin Fiziologiya İnstitutunun Hüceyrə texnologiyası laboratoriyasında müştərək təcrübələr aparıb və polien antibiotiklərin klonogen şiş hüceyrələrinə təsirini öyrəniblər.

http://science.az/news/open/6584