XƏBƏRLƏR
3264 Arxiv

2017.10.02

AMEA Zoologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirildi

2 oktyabr 2017-ci il tarixində AMEA Zoologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirildi. 

İclası giriş sözü ilə institutun direktoru fizika üzrə fəlsəfə doktoru  Elman Yusifov açaraq bildirib ki, rəhbərlik etdiyi bu elmi müəssisə sahibkarlıq fəaliyyəti ilə məşğul olması haqqında verilən qərarı əsas tutaraq “Aysberq KMT” MMC ilə birgə əməkdaşlıq çərçivəsində təlim tədris kurslarına başlayıb. 

Daha sonra İnstitutun direktor müavini biologiya üzrə elmlər doktoru Elşad Əhmədov institutun bağladığı müqavilələr barədə Elmi Şura üzvlərini məlumatlandırdı. İlk olaraq, "Azərsun" şirkəti ilə təlim-tədris müqaviləsi imzalanıb. Növbəti müqavilələr Sosial mənzil MTK, Fövqəladə Hallar Nazirliyi ilə Ceyranbatan Su Anbarında tədqiqatların aparılması, "Dream travel" şirkəti ilə ödənişli əsaslarla Zooloji muzeyə marifləndirici ekskursiyaların təşkil olunması ilə bağlı müqavilələr imzalanıb. 

E.Əhmədov hazırda digər müqavilərin də baölanılması üçün işlərin aparıldığını söyləyib.