XƏBƏRLƏR
2935 Arxiv

2017.10.03

“Aysberq KMT” MMC AMEA-nın Zoologiya İnstitutu ilə birgə əməkdaşlıq çərçivəsində təlim tədris kurslarına start verir

XARİCİ DİL KURSLARI:

-          İngilis dili,

-          Rus dili,

-          Fransız dili,

-          Alman dili,

-          Ərəb dili,

-          Fars dili,

-          İspan dili,

-          İtalyan dili,

-          Yapon dili.

Kursların Proqramı 6 səviyyədənibarətdir:
 

1.  A1 – Beginner level (Başlanğıc Səviyyə)

2.  A2 – Elementary level (Elementar Səviyyə)

3.  B1 – Pre-Intermediate level (Aşağı Orta Səviyyə)

4.  B2 - Intermediate level (Orta Səviyyə)

5.  C1 – Upper Intermediate level (yüksək orta Səviyyə)

6.  C2 – Advanced level (Mükəmməl səviyyə)

 

Kurslarımızda habelə IELTS, TOEFL sistemi üzrə hazırlıqlar təklif olunur.

Kurslar İnstitutun binasında yüksək ixtisaslı yerli və ya xarici müəllimlər tərəfindən keçiriləcək.

Kursları bitirən hər bir tələbəyə Sertifikat təqdim olunacaq.

TURİZM BƏLƏDÇİLİYİ KURSLARI:

Kurslar Azərbaycan və ya Rus dillərində keçirilir. 

Kurslar zamanı bələdçilərə Azərbaycanın müxtəlif turizm marşrutları üzrə mədəni və təbii irs haqqında məlumatlar veriləcək. Bələdçilər ərazilərin maddi və qeyri-maddi abidələri ilə yanaşı, maraqlı təbiət kompleksləri (qocaman ağaclar, şəlalələr, mağaralar, palçıq vulkanları və s.) haqqında geniş məlumatlar əldə edəcək. 

Kursu bitirənlərə Sertifikat təqdim olunacaq və “Azərbaycan ekoturizm potensialı” adlı illustrativ kitab veriləcək.

TƏRCÜMƏÇİ KURSLARI:.

Kurslar tərcümə ixtisası üzrə təhsil alan və tərcümə sahəsinə yeni daxil olmuş şəxslər üçün təşkil olunur. Dərslər tərcümə sahəsində 15 ildən artıq təcrübəsi olan professional tərcüməçilər tərəfindən aparılacaq.

Kursu bitirənlərə Sertifikat təqdim olunacaq.

TƏRCÜMƏ MƏRKƏZİ:

-          Yazılı tərcümə,

-          Ardıcıl tərcümə,

-          Sinxron tərcümə,

-          Sinxron tərcümə avadanlıqlarının icarəsi,

-          Redaktə,

-          Lokalizasiya,

-          Tərcümələrin notarial təsdiq xidməti

Tərcümələr xidmətləri əsasən aşağıdakı dillər üzrə təklif olunur:

-          İngilis dili,

-          Rus dili,

-          Fransız dili,

-          Alman dili,

-          Ərəb dili,

-          Fars dili,

-          İspan dili,

-          İtalyan dili,

-          Hind,

-          Gürcü,

-          Malay,

-          Türk,

-          Kazax,

-          Polşa,

-          İkrayna,

-          Belarus,

-          Türkmən,

-          Özbək,

-          Tacik,

-          Macar,

-          Yapon.

Tərcümələr təcrübəli tərcüməçilər tərəfindən edilir və dil daşıyıcıları tərəfindən redaktə olunur.

İNSAN RESURLARI ÜZRƏ KURSLAR:

Kursların tərkibi aşağıdakı istiqamətlərdə nəzərdə tutulmuşdur: 

1.      İnsan resurslarının idarə edilməsi haqqında ilkin anlayış, funksiyaları və fəaliyyəti;

2.      İş analizinin hazırlanması və aparılması və vəzifə təlimatları və s. hazırlanması;

3.      İşə qəbul, onun aparılması, sənədlərlə iş və orientasiya;

4.      Əmək münasibətləri və işə qəbul;

5.      Əmək müqaviləsi, onun hazırlanması və müvafiq hüquqi tələblər;

6.      Əmək məcəlləsi, sınaq müddəti, iş rejimi, işçinin işdən kənarlaşdırılması və s.;

7.      Tabel uçotu və iş vaxtı;

8.      Əmək kitabçasının uçotu;

9.      Attestasiyanın növləri, hazırlanması və keçirilməsi;

10.  Məzuniyyətlərin növləri;

11.  Təlim və inkişaf.

 

“SERPENTOLOGiYA VƏ SERPENTOLOJİ XİDMƏT” KURSU

 

Kursun məqsədi: İlanlara qarşı təhlükəsizlik tədbirlərini yerinə yetirmək üçünxüsusi sertifikat təqdim etməklə mütəxəssis (serpentoloq) hazırlamaq.

 

İLANLARA QARŞI SERPENTOLOJİ XİDMƏTLƏR:

 

·         Ərazinin serpentoloji monitorinqi və ilan təhlükəsi baxımından qiymətləndirilməsi

·         Ərazinin ilanlardan təmizlənməsi

·         Ərazinin ilanqovucu preparatlarla işlənməsi

·         Sakinlərin ilan və ilan sancmaları barədə təlimatlandırılması

 

Bu xidmət 2 əsasda həyata keçirilir:

1. Çağırışa əsasən bir dəfə xidmət (Protokol xidməti);

2. Mövsüm ərzində müqavilə əsasında mütamadi aylıq xidmət (Müqavilə xidməti);