XƏBƏRLƏR
3904 Arxiv

2017.09.19

Quru onurğalıları laboratoriyasının əməkdaşı Azərbaycanın Cənub-Şərq bölgəsində ekspedisiyada olub

Quru onurğalıları laboratoriyasının elmi işçisi Sevinc Rəcəbova 16-23 avqust tarixlərində Azərbaycanın Cənub-Şərq  bölgəsində ekspedisiyada olub.

Ekspedisiyanın məqsədi Azərbaycanın cənub-şərq bölgəsinin oturaq quşları, onlara təsir edən amillər və mühafizə yollarını öyrənməkdir.  Ekspedisiya zamanı Xəzərin Lənkəran-Astara sahil zolağı tədqiq edilib. Tədqiqat işləri Lənkəran ovalığında və Xəzərin akvatoriyasında aparılıb və oturaq quşların növ tərkibi, sayı, biotoplar üzrə paylanması və onlara təsir edən amillər öyrənilib.

Ekspedisiya zamanı quşların yaşayış yerlərinin müasir vəziyyətinə, davranışına dair məlumatlar toplanılıb.