XƏBƏRLƏR
3434 Arxiv

2017.09.08

Zoologiya İnstitutunun əməkdaşının monoqrafiyası çapdan çıxıb

AMEA Zoologiya İnstitutu Hidrobiologiya laboratoriyasının aparıcı elmi işçisi Mircəfər Seyid-rzayevin “Mingəçevir su anbarı vətəgə balıqlarının populyasiya stukturu və bioekoloji xüsusiyyətləri” adlı kitabı çapdan çıxıb.

Kitab Mingəçevir su anbarının vətəgə balıqlarının populyasiya strukturu və bioekoloji xüsusiyyətlərinin öyrənilməsinə həsr edilmişdir.

Kitabda həmçinin su anbarının yaranma tarixi, fiziki-coğrafi, hidroloji, hidrobioloji xarakteristikası haqqında  ətraflı məlumatlar verilir, hövzənin balıq ehtiyatının yüksəlduilməsi üçün təkliflər irəli sürülür.

Kitab hidrobioloqlar, ixtioloqlar, vətəgə balıqlarının növ müxtəlifliyi və bioekologiyası, eyni zamanda balıqartırma ilə məşğul olan mütəxəssislər üçün nəzərdə tutulmuşdur.