XƏBƏRLƏR
923 Arxiv

2017.08.24

AMEA Zoologiya İnstitutunun və Xarkov Dövlət Universitetinin əməkdaşları Arktikada birgə tədqiqatlar aparacaqlar

V.N.Karazina adına Xarkov Dövlət Universitetinin Zoologiya və heyvan ekologiyası kafedrasının professoru Sergey Utevski və dosent Andrey Utevski AMEA Zoologiya İnstitutununda olublar.

İnstitutunun direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Elman Yusifovla keçirilən görüşdə Xarkov Dövlət Universiteti ilə Zoologiya İnstitutu arasında birgə beynəlxalq əlaqələrin qurulması, beynəlxalq və yerli layihələrdə iştirak, Xarkov Dövlət Universiteti ilə Zoologiya İnstitutunun əməkdaşlarının birlikdə Arktikada tədqiqatlar aparması, Xarkov Dövlət Universitetinin doktorantları və dissertantlarının Mingəçevir Elmi Təcrübə Laboratoriyasında təcrübə keçməsi barədə danışıqlar aparılıb.

Xarkov Dövlət Universitetinin əməkdaşları həmçinin Zoologiya İnstitutunun əməkdaşları b.ü.e.d. Mahir Hüseynov və Şəbnəm Fərzəli ilə birgə elmi ekspedisiyada olublar. Ekspedisiya zamanı Azərbaycanın cənubunda – Masallı, Lənkəran, Lerik vəYardımlı, şimalında isə Quba, Nabran, Yalama ərazisində yerləşən göllərdə,  şəlalərdə, çaylarda tədqiqatlar aparılıb. Tədqiqat zamanı bir neçə növ zəli tapılıb.