XƏBƏRLƏR
3859 Arxiv

2017.07.31

Tətbiqi Zoologiya Mərkəzinin əməkdaşı ekspedisiyada olub

AMEA Zoologiya İnstitutu Tətbiqi Zoologiya Mərkəzinin k.e.i Nəzakət Abasova “Lənkəran-Astara bölgəsinin subtropik bitkilərinin zərərvericiləri” tədqiqat işi üzrə Lənkəran rayonunda  ekspedisiyada olub. Lənkəran bölgəsinin ərazisi olduqca zəngin bitki örtüyünə malikdir. Ekspedisiya təşkil olunmuş ərazinin bitki örtüyü müxtəlif ağac və kol bitkilərindən-limon, naringi, dəfnə, muşmula, xurma, alma, gilas, heyva, kivi, çay, feyxoa, moruq, böyürtkən, lobya, balqabaq, xiyar, badımcan və s. ibarətdir.

N.Abasova ekspedisiya müddətində Lənkəran rayonunun Şiləvar, Digah, Velədi, Kərgəlan, Viyən, Gərmətük, Sütəmurdov kəndləri ərazilərində sitrus bitkilərinə baxış keçirib, bitkilərin müxtəlif orqanlarına ziyan vuran bəzi zərərverici həşəratlar üzərində müşahidələr aparıb və onlardan nümunələr toplayaraq bioloji xüsusiyyətlərini aşkarlamaq üçün laboratoriyaya gətirib.