XƏBƏRLƏR
3657 Arxiv

2017.07.31

Parazitologiya laboratoriyasının əməkdaşları Xaçmaz rayonu ərazisində ekspedisiyada olublar

AMEA Zoologiya İnstitutunun “Parazitologiya” laboratoriyasının əməkdaşları b.e.d., baş elmi işçi Əli Nəsirov, b.ü.f.d., böyük elmi işçi Könül Bünyatova və b.ü.f.d., böyük elmi işçi, dosent Şükür Quliyev Xaçmaz rayonu ərazisində ekspedisiyada olublar. “Abşeron və Xəzərin Şimal-Şərq sahillərində qansoran ağcaqanadların mikrosporidilərinin öyrənilməsi və bioloji mübarizədə onlardan istifadə edilməsi” tədqiqat işi ilə əlaqədar ərazidə yerləşən su hövzələrindən material toplanılıb.

Qansoran ağcaqanadlar qan sorarkən insanlarda və kənd təsərrüfatı heyvanlarında  bir çox infeksion və invazion xəstəlikləri  yaydıqları üçün ağcaqanadlara qarşı bioloji mübarizə metodlarının tapılması və tətbiqi çox vacib məsələ olduğu üçün bu tədqiqatlar aparılır.