XƏBƏRLƏR
722 Arxiv

2017.07.20

Quru onurğalıları laboratoriyasının əməkdaşları Gədəbəy rayonunda ekspedisiyada olublar

AMEA Zoologiya İnstitutu “Quru onurğalıları” laboratoriyasının əməkdaşları (ekspedisiya rəhbəri a.e.i. Təvəkkül İsgəndərov, a.e.i., Sahib Əhmədov, e.i.  Gülbəniz Qasımova, k.e.i. Günay Qasımova) və Zooloji muzeyin müdiri (b.e.i. Səbinə Bünyatova) “Azərbaycanın Kiçik Qafqaz təbii vilayətində (Daşkəsən-Gədəbəy) amfibilər və reptililər faunasının növ müxtəlifliyinin öyrənilməsi və onun qorunması üzrə tədbirlərinin hazırlanması” tədqiqat işi üzrə Gədəbəy rayonunda  ekspedisiyada olublar.

İnstitutun əməkdaşları ekspedisiya müddətində Gədəbəy rayonunun Ağamalı və Nəriman kəndləri ətrafındakı 1500-2200 m yüksəkliklərdə subalp çəmənlikləri, Gər-gər kəndi ətrafı 1300 m-ə qədər yüksəkliklərdə yerləşən dağətəyi otluq və biçənəklər, Miskinli və Səbətkeçməz kəndləri ətrafında Şəmkir və Qoşqar çayları boyu meşəkənarı, çay sahili ərazilərdə herpetoloji tədqiqatlar aparıblar.

Tədqiqat ərazilərinin xarakterik reptili növləri qaya kərtənkələsi (Darevskia) cinsinə aid kərtənkələlər, Natrix cinsindən Adi suilanı, amfibi növləri isə Bufotes variabilis, Hyla orientalis,  Rana macrocnemis, Pelophilax ridibundus növləridir. Bu növlər 1300-2200 m yüksəkliklərdə yerləşən geniş coğrafi ərazilərdə və landşaftlarda, habelə antropogen biotoplarda rast gəlinir.