XƏBƏRLƏR
3302 Arxiv

2017.07.07

Genetik Ehtiyatlar İnstitutu İsrailin Hebrev Universiteti ilə əməkdaşlıq edəcək

İsrailin Hebrev Universitetinin professoru Şela Gorinstein AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda olub.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərovla görüşdə birgə tədqiqatların aparılması, beynəlxalq və yerli layihələrdə iştirak və kadr hazırlığı məsələləri müzakirə edilib.

Sonra Ş.Gorinstein institutun BiotexnologiyaTexniki bitkilərTexnologiya və Biokimya laboratoriyalarında aparılan tədqiqatlarla tanış olub. Həmçinin israilli alim institutun elmi seminarında “Bəzi tropik meyvə bitkilərində bioaktiv maddələrin qida və formokoloji əhəmiyyəti” mövzusunda çıxış edib. Ş.Gorinstein bu istiqamətdə aparılan tədqiqatların qida təhlükəsizliyi baxımından olduqca önəmli olduğunu bildirib.

Seminar zamanı meyvə bitkilərinin antioksidant xüsusiyyətləri, onların təyini metodları və bu barədə gələcək əməkdaşlıq ciddi müzakirə edilib.

Sonda GEİ-nin gənc tədqiqatçılarının İsrailin Hebrev Universitetində təcrübə keçməsi, o cümlədən Azərbaycanda yayılmış dərman və meyvə bitkilərinin birgə öyrənilməsi üzrə razılığa gəlinib.  

http://science.gov.az/news/open/6046