XƏBƏRLƏR
3008 Arxiv

2017.07.05

AMEA muzeylərinin fəaliyyəti ilə bağlı yeni qaydalar təsdiq olunub

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında AMEA-nın muzeylərində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi qaydaları müzakirə olunub.

Mövzu ilə bağlı çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadəbildirib ki, Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 2014-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş Akademiyanın nizamnaməsi və "Elm haqqında" Azərbaycan Respublikasının Qanununun müvafiq maddəsinə əsasən AMEA-nın elmi müəssisə və təşkilatları öz maddi-texniki bazalarını möhkəmləndirmək, əməkdaşlarının sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilərlər. Akademik qeyd edib ki, AMEA-nın muzeylərinin sahibkarlıq fəaliyyəti həmin qurumların nizamnamələrində nəzərdə tutulmuş fəaliyyət istiqamətlərinə uyğun tənzimlənməlidir.

Rəyasət Heyəti qeyd olunanları nəzərə alaraq, "Azərbaycan Milli Elmlər Akademiyasının muzeylərinin sa­hib­kar­lıq fəaliyyətinin həyata keçirməsi Qaydası"nı təsdiq edib. Müvafiq elmi müəssisələrin rəhbərlərinə xidmətlərin bu Qaydalara uyğun olaraq göstərilməsini qanunvericiliklə müəyyən edilmiş müqavilələr əsasında həyata keçirmək tapşırılıb.

Muzeylərin fəaliyyətlərinin genişləndirilməsi, maddi-texniki bazalarının möhkəm­lən­di­rilməsi və işçilərinin əməyinin stimullaşdırılması məqsədilə həyata keçirilən sahibkarlıq fəaliy­yətləri bu Qaydalara edilmiş əlavələr, fiziki və hüquqi şəxslər arasında bağlanmış mülki hüquqi müqavilələr əsasında müəyyən edilir. 

http://science.gov.az/news/open/6031