XƏBƏRLƏR
3385 Arxiv

2017.06.30

AMEA Zoologiya İnstitutunun əməkdaşları Taxtakörpü su anbarında ekspedisiyada olublar

AMEA Zoologiya İnsitutu Hidrobiologiya laboratoriyasının əməkdaşları Saleh Əliyev (makrozoobentos), Zemfira Əbdürrəhmanova (zooplankton), Arzu Qasımova (ixtiofauna), Ornitologiya laboratoriyasının əməkdaşı Tahir Kərimov və Beynəlxalq Əlaqələr şöbəsinin müdir vəzifəsini icra edən Könül Tağıyeva (azqıllı qurdlar faunası) 19-23.06.2017-ci il tarixlərində Taxtakörpü su anbarında ekspedisiyada olublar. Ekspedisiya zamanı əməkdaşlar öz profillərinə uyğun materiallar toplayıb və bir sıra vizual müşahidələr aparıblar. Bütün bunlarla yanaşı su anbarında suyun keyfiyyət göstəriciləri də müəyyən edilib.  Toplanmış nümunələr ilkin işləndikdən sonra  fiksə olunub və etiketləşdirilərək laborator analiz üçün instituta gətirilib.