XƏBƏRLƏR
3207 Arxiv

2017.06.20

AMEA Zoologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirildi

Bu gün AMEA Zoologiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İclası giriş sözü ilə İnstitutun direktoru Elman Yusifov açaraq gündəlikdə duran məsələləri Şura üzvlərinin diqqətinə çatdırdı. Şuranın iclasında 2017-ci ilin yarım ilində görülmüş işlərin hesabatı dinlənildi. Zəkəriyyə Məmmədovun 80 illik yubileyinin təşkil olunması, Zoologiya İnstitutunun bukletinin, Elmi Şuraya təqdim olunan bir monoqrafiya və bir metodiki tövsiyənin  hazırlanması ilə bağlı müvafiq tapşırıqlar verildi.

AMEA Zoologiya İnstitutunda Dil kurslarının təşkil olunması ilə bağlı müzakirələr aparıldı və sentyabrdan kursların başlanmasına qərara verildi.

İclasda həmçinin, Zoologiya İnstitutunda yubileylərin keçirilməsi ilə bağlı komissiya təşkil olunması təklif olundu.

Sonda kadr məsələlərinə baxıldı. Belə ki, Tətbiqi Zoologiya Mərkəzinin elmi işçisi Şeyda MəhərrəmovanınTətbiqi Zoologiya Mərkəzinə müdir müavini təyin olunması ilə bağlı qərar verildi. Qərar Şura üzvləri tərəfindən yekdilliklə qəbul olundu.