XƏBƏRLƏR
3047 Arxiv

2017.06.16

Magistraturaya qəbul proqramları üzrə plan yerləri və ixtisaslaşma seçiminə buraxılanların sayı müəyyənləşib

2017/2018-ci tədris ilində ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına ümumilikdə 7.709 plan yeri ayrılıb. Bunlardan 5.454-ü Azərbaycan bölməsi, 702-si rus bölməsi, qalan 1.553 yer isə hər iki bölmənin birgə müsabiqəsi üçün nəzərdə tutulub.

Magistraturaya qəbul imtahanının ikinci mərhələsinin nəticəsinə əsasən 8.313 bakalavr ixtisaslaşma seçimi etmək hüququ qazanıb. Magistraturaya qəbul aparılan 70 proqram üzrə ayrılıqda qəbul planı və ixtisaslaşma seçiminə buraxılanların sayı haqqında məlumatla Dövlət İmtahan Mərkəzinin rəsmi İnternet səhifəsində tanış olmaq mümkündür.

http://science.gov.az/news/open/5932