XƏBƏRLƏR
3230 Arxiv

2017.06.05

Rusiyalı alimlər AMEA-nın Botanika İnstitutunda elmi ezamiyyətdə olublar

Rusiya Elmlər Akademiyası Daxili Sular İnstitutunun Su bitkilərinin sistematikası və coğrafiyası laboratoriyasının müdiri, b.ü.e.d. Maksim Kulikovskiy və böyük elmi işçi, b.ü.f.d. Yevgeniy Malçev AMEA-nın Botanika İnstitutunda elmi ezamiyyətdə olublar.

İnstitutun direktoru, akademik Validə Əlizadə, Alqologiya və lixenobriologiya laboratoriyasının müdiri, b.ü.f.d. Şəkər Muxtarovanın iştirakı ilə keçən görüşdə elmi əlaqələrin qurulması və alqologiya sahəsində birgə tədqiqatların aparılması perspektivləri müzakirə olunub.

Qonaqlar Botanika İnstitutunun alqotekasında saxlanılan Azərbaycanın kontinental və dəniz yosun nümunələri ilə tanış olub, qarşılıqlı təcrübə mübadiləsi aparıblar.

Səfər müddətində institutda “Azərbaycanın və Rusiyanın bitki müxtəlifliyinin tədqiqinə müasir yanaşmalar” adlı seminar da keçirilib. Seminarda rusiyalı alimlər “Rusiya ərazisinin diatom yosunları” mövzusunda məruzə edib, bu mövzu üzrə apardıqları tədqiqat işlərindən bəhs ediblər.

Sonda iki ölkə mütəxəssisləri mövzu ətrafında geniş müzakirə aparıblar.

http://science.gov.az/news/open/5833