2017.05.25
AMEA Zoologiya İnstitutunun əməkdaşları əcnəbi həmkarları ilə birlikdə beynəlxalq ekspedisiyada olublar
20-23 may 2017-ci il tarixlərində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutunun əməkdaşları əcnəbi həmkarları ilə birlikdə beynəlxalq ekspedisiyada olublar.
İnstitutun Beynəlxalq əlaqələr və nəşr şöbəsinin icraçı müdiri K.Y.Tağıyeva və Tətbiqi Zoologiya Mərkəzinin əməkdaşı Ş.Fərzəli Ukrayna Milli Elmlər Akademiyasının Onurğasız heyvanlar şöbəsinin müdiri V.Anistratenko, Almaniyanın Giessen Universitetinin iki doktorantı - Arthur Sands, Matteo Lattuada ilə birgə Azərbaycanın Masallı, Lənkəran və Astara rayonlarında beynəlxalq ekspedisiyada olub.
Ekspedisiya zamanı Xəzər dənizinin sahil sularından və Xəzər dənizinə axan çoxsaylı çaylardan hidrobioloji materiallar toplanıb və analiz üçün institutun laboratoriyalarına gətirilib.