XƏBƏRLƏR
3741 Arxiv

2017.05.08

AMEA Zoologiya İnstitutunun gənc alimləri BMU-da “Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransı”nda iştirak etdilər

AMEA Zoologiya İnstitutunun Tətbiqi Zoologiya Mərkəzinin elmi işçisi Könül Tapdıqova, Quru onurğalıları laboratoriyasının elmi işçisi Sevinc Rəcəbova və kiçik elmi işçisi Aqil Haxiyev 5-6 may 2017-ci il tarixlərində Bakı Mühəndislik Universitetində keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü İldönümünə həsr olunmuş “Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransı”nda iştirak ediblər. Konfransda Sevinc Rəcəbova “Xınalı kəkliyin (Alectoris chukar Gray, 1830) Talışda müasir vəziyyəti”, Aqil Haxiyev “Yarasa gübrəsi və faydaları”, Könül Tapdıqova isə “Binəqədi gölündə ibtidai xərçəngkimilərin balıqların qidasında rolu” mövzularında tezisləri ilə çıxış ediblər. Çıxışların nəticəsində mövzular ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.