XƏBƏRLƏR
3857 Arxiv

2017.05.03

AMEA Zoologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirildi

Bu gün AMEA Zoologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirildi. 31 mart 2017-ci ildə Respublika qəzetində ştatda olan baş və aparıcı elmi işçi vəzifələrini tutmaq üçün elan olunmuş müsabiqəyə əsasən Elmi Şurada seçki keçirildi. Seçkilərin nəticələrinə əsasən b.ü.e.d. Sücəddin Quliyevin “Quru onurğalıları”, b.ü.e.d. Natalya Sneqovayanın “Quru onurğasızları” laboratoriyasına baş elmi işçi, b.ü.f.d. Sahib Əhmədov, b.ü.f.d. İlyas Babayevin “Quru onurğalıları”,  b.ü.f.d. Süleyman Süleymanov, b.ü.f.d. Ənvər Cəlilovun “Hidrobiologiya” laboratoriyasının aparıcı elmi işçi vəzifələrinə təsdiq olunması haqda Biologiya və Tibb Elmləri Bölməsi qarşısında vəsatət qaldırıldı.

 Elmi Şurada həmçinin, AMEA Zoologiya İnstitutunda aparılan struktur dəyişikliyinə əsasən “Beynəlxalq Əlaqələr və Nəşr” şöbəsi yaradıldı və “Hidrobiologiya” laboratoriyasının elmi işçisi Könül Tağıyeva həmin şöbəyə icraçı müdir təyin edildi.