XƏBƏRLƏR
3346 Arxiv

2017.05.02

AMEA-nın vitse-prezidenti və iki elmi bölmənin akademik-katibi vəzifələrinə seçkilərin nəticələri açıqlanıb

Mayın 2-də AMEA-nın vitse-prezidenti və İctimai Elmlər, Fizika-Riyaziyyat və Texnika Elmləri bölmələrinin akademik-katibi vəzifələrinə seçkilər keçirilib.

Səsvermənin nəticələrinə görə akademik Dilqəm Tağıyev AMEA-nın vitse-prezidenti, akademik Nərgiz Axundova İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədov isə Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi vəzifələrinə seçiliblər.

http://science.gov.az/news/open/5581