XƏBƏRLƏR
4282 Arxiv

2017.04.20

AMEA Zoologiya İnstitutunda ştatda olan müdir vəzifələrini tutmaq üçün Elmi Şuranın iclasında seçki keçirildi

Bu gün AMEA Zoologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirildi. İclasda ştatda olan “Protozoologiya”, “Parazitologiya”, “Quru onurğasızları”, “Hidrobiologiya”, “Quru onurğalıları” laboratoriyalarına və “Tətbiqi zoologiya Mərkəzi”nə müdir vəzifələrini tutmaq üçün seçki keçirildi. “Protozoologiya” laboratoriyasının müdiri vəzifəsini tutmaq üçün AMEA-nın müxbir üzvü İlham Ələkbərovun, “Parazitologiya” laboratoriyasına b.ü.e.d. Asif Manafovun və b.ü.e.d. Qara Fətəliyevin, “Quru onurğasızları” laboratoriyasına b.ü.e.d. Xalid Əliyevin və b.ü.f.d. Oktay Aslanovun, “Hidrobiologiya” laboratoriyasına b.ü.f.d. Adil Əliyevin, “Quru onurğalıları” laboratoriyasına b.ü.e.d. Qiyas Quliyevin və b.ü.f.d. Təvəkkül İsgəndərovun və “Tətbiqi zoologiya Mərkəzi”nə müdir vəzifəsini tutmaq üçün b.ü.f.d. Barat Əhmədovun namizədlikləri irəli sürülmüşdür.

Elmi Şuranın tərkibində seçki komissiya yaradıldı. Şaiq İbrahimovun sədrliyi ilə keçirilən seçkilərin nəticələrinə əsasən “Protozoologiya” laboratoriyasının müdiri vəzifəsinə AMEA-nın müxbir üzvü İlham Ələkbərov, “Parazitologiya” laboratoriyasına b.ü.e.d. Qara Fətəliyev, “Quru onurğasızları” laboratoriyasına b.ü.e.d. Xalid Əliyev, “Tətbiqi zoologiya Mərkəzi”nə b.ü.f.d. Barat Əhmədov, “Hidrobiologiya” laboratoriyasına b.ü.f.d. Adil Əliyev, “Quru onurğalıları” laboratoriyasının müdiri vəzifəsinə isə b.ü.e.d. Qiyas Quliyev seçildilər. Namizədlərin müdir vəzifələrinə təsdiq olunmaları üçün Biologiya və Tibb Elmləri Bölməsi qarşısında vəsatət qaldırıldı.