XƏBƏRLƏR
3434 Arxiv

2017.03.10

AMEA Zoologiya İnstitutunun əməkdaşları tərəfindən Ağsu rayon Təcrübə-Dayaq məntəqəsinə ekspedisiya təşkil olmuşdur

AMEA Zoologiya İnstitutunun mütəxəssisləri və bir qrup gənc alimi Ağsu rayon Təcrübə Dayaq Məntəqəsində ekspedisiyada olub. Ərazi ilə tanışlıq və stasionar ərazilərin seçilməsi məqsədi daşıyan ekspedisiya zamanı 2 ha sahədə kartof, 4 ha sahədə isə fındıq kolu əkilib.

Fındıq kollarının təmənnasız əldə olunmasına yardımçı olduğu üçün Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevə İnstitut adından xüsusi minnətdarlığımızı bildiririk.